http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycan boksçuları Rusiyaya yollanıblar

19 Sentyabr 2023 , 12:37
Azərbaycan boksçuları Rusiyaya yollanıblar

22 yaşadək kişi və qadın boksçulardan ibarət Azərbaycan millisi Rusiyaya yollanıb.

"Operativ Media" xəbər verir ki, yığma sentyabrın 21-dən 25-dək Anapada Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnirə qatılacaq.

Kişi boksçular yarışda məşqçilər Elbrus Rzayev və Ravşan Xocayevin rəhbərliyi altında mübarizə aparacaqlar. Rusiyada Azərbaycanı Tural Sarıyev (48 kq), Həsən Məlikov (51 kq), Nicat Hüseynov (54 kq), Əzrək Bəbirov (57 kq), Maqsud Xasmetov (60 kq), Cəlal Qurbanov (63,5 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq), Murad Allahverdiyev (80 kq) və Rəşid Məmmədov (86 kq) təmsil edəcəklər.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Yadigar Məmmədov isə turnirdə Mehparə Məmmədova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq) və Lalə Namazlını (63 kq) sınayacaq.

Azərbaycanı yarışda beynəlxalq dərəcəli referi Emil Qurbanəliyev də təmsil edəcək.

Bu gün Anapaya yollanan komanda sentyabrın 26-da Bakıya qayıdacaq.

Qeyd edək ki, yarış U-22-lər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Turan Tovuz" "Zirə"ni əliboş yola saldı

Azərbaycan PL: "Turan Tovuz" "Zirə"ni əliboş yola saldı

Azərbaycan PL: "Sabah" "Araz-Naxçıvan"la heç-heçə etdi

Azərbaycan PL: "Sabah" "Araz-Naxçıvan"la heç-heçə etdi

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı

XƏBƏR LENTİ
  • 19:59

    Azərbaycan PL: "Turan Tovuz" "Zirə"ni əliboş yola saldı
  • 19:59

    Almaniya Türkiyəyə silah ixrac edəcək
  • 19:49

    Slovakiya Baş naziri: Qərb Ukraynada münaqişənin davam etməsini istəyir
  • 19:34

    Britaniyanın Baş naziri aparat rəhbərini istefaya göndərib
  • 19:18

    Taksi sürücüləri üçün növbəti imtahanda 1 735 namizəd uğur qazanıb - YENİLƏNİB
    Taksi sürücüləri üçün növbəti imtahanda 1 735 namizəd uğur qazanıb - YENİLƏNİB
  • 19:13

    İslami Cihad İsrailin cənubundakı Aşkelon şəhərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb
  • 18:53

    Qazaxıstanda atom elektrik stansiyaları ilə bağlı referendumda hər hansı pozuntu qeydə alınmayıb
  • 18:43

    Kürdə boğulma hadisəsi baş verib
Menyu