http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Qərbi Azərbaycan İcması bəyanat yayıb

19 Sentyabr 2023 , 14:47
Qərbi Azərbaycan İcması bəyanat yayıb

Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz şəkildə qalmaqda olan Ermənistan silahlı qüvvələri 19 sentyabr 2023-cü il tarixində erkən saatlarda Xocavənd rayonunda minalardan istifadə etməklə törətdiyi diversiya hücumları nəticəsində dördü polis, ikisi mülki şəxs olmaqla altı nəfər azərbaycanlını qətlə yetirmişdir. Erməni hərbi birləşmələri bundan əlavə, Azərbaycan ordusunun mövqelərini atəşə tutması nəticəsində iki nəfər hərbi qulluqçu yaralanmışdır.

"Operativ Media" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcamsının yaydığı bəyanatda deyilir.

Bütün bunlar Ermənistanın Azərbaycan ərazilərindən qoşunlarını tam çıxarmaq öhdəliyini yerinə yetirməkdən imtina etməsi, separatizmi dəstəkləməsi, Azərbaycanın re-inteqrasiya səylərini sabotaj etməsi və Azərbaycana qarşı beynəlxalq miqyasda kütləvi qarayaxma kampaniyası aparması kontekstində baş verir. Açıq görünür ki, Ermənistanın hədəfi yenidən güc tətbiq etməklə Azərbaycanın ərazilərini nəzarət altında saxlamaq və ərazi iddiasını davam etdirməkdir.

Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratmışdı. Təəssüf ki, Ermənistan irqçi mono-etnik dövlətçilik və ərazi ekspansiyası ideologiyasından əl çəkməmiş və bir sıra bədnam havadarlarının fitnəsi ilə növbəti dəfə təxribat yolunu seçmişdir.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Ordusu Qarabağda Azərbaycanın konstitusiya quruluşunun bərpası uğrunda lokal xarakterli antiterror tədbirlərinə başlamışdır.

Ermənistan hökuməti beynəlxalq hüquqa və öhdəliklərinə əməl etməli, öz ordusunun qalıqlarını Azərbaycanın suveren ərazisindən çıxarmalı, qanunsuz erməni silahlı dəstələri tərksilah edilməli və xunta rejimi ləğv edilməlidir.

Biz beynəlxalq ictimaiyyəti Ermənistanın mono-etnik dövlətçilik və ərazi ekspansiyası ideologiyasından əl çəkməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsdini dayandırması və Ermənistandan qovulmuş azərbaycanlıların ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına şərait yaratması üçün bu dövlətə təzyiq etməyə çağırırıq.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb

Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XƏBƏR LENTİ
  • 22:00

    Azərbaycan millisinin heyətində dəyişiklik oldu
  • 21:58

    Azərbaycan PL: "Qarabağ" səfərdə "Sumqayıt"ı məğlub etdi
  • 21:23

    Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?
    Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?
  • 21:07

    Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
  • 21:00

    Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb
  • 20:44

    Göygöldə qəza olub, xəsarət alanlar var
  • 20:17

    İran uçuşları ləğv edib
  • 19:59

    Azərbaycan PL: "Turan Tovuz" "Zirə"ni əliboş yola saldı
Menyu