http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Füzulidə həyatını itirən polis əməkdaşlarından birinin kimliyi müəyyən edilib - YENİLƏNİB

19 Sentyabr 2023 , 22:00
Füzulidə həyatını itirən polis əməkdaşlarından birinin kimliyi müəyyən edilib - YENİLƏNİB

Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində həyatını itirən polis əməkdaşı Həsənov Elşən Mehman oğlu yox, Məmmədov Rasim Oktay oğludur.

Bu barədə "Operativ Media"ya DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, sentyabrın 19-da Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində həyatını itirən polis əməkdaşının Həsənov Elşən Mehman oğlu yox, Məmmədov Rasim Oktay oğlu olması müəyyən edilib.

*** 15:25

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan əməkdaşlarının fotolarını yayıb.

"Operativ Media" onların fotosunu təqdim edir.

Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci il təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Bundan başqa, sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində polis serjantları Ələsgər Əsgərov, Seyfi Abdullayev və Elşən Həsənov həyatını itirib.

OXŞAR XƏBƏRLƏR
Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Azərbaycanın güllə atıcısı dünya çempionu olub
  • Dünən
    22:23

    Hollandiya Ukraynaya 24 ədəd F-16-dan ilk partiyasını təhvil verib
  • Dünən
    22:00

    Azərbaycan millisinin heyətində dəyişiklik oldu
  • Dünən
    21:58

    Azərbaycan PL: "Qarabağ" səfərdə "Sumqayıt"ı məğlub etdi
  • Dünən
    21:23

    Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?
    Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?
  • Dünən
    21:07

    Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
  • Dünən
    21:00

    Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb
  • Dünən
    20:44

    Göygöldə qəza olub, xəsarət alanlar var
Menyu