Bu gün Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
"Operativ Media" xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupunun oyunları keçirilib.
F qrupunda "Milan" "Nyukasl"la heç-heçə edib. Qrupun digər görüşündə PSJ Dortmund "Borussiya"sını məğlub edib.
"Yanq Boyz" "Leypsiq"lə üz-üzə gəlib. Görüş almanların qələbəsiylə başa çatıb. Qrupun digər matçında son çempion "Mançester Siti" G qrupunun ilk matçında Serbiyanın "Srvena Zvezda" komandasına qalib gəlib.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
I tur
19 sentyabr
F qrupu
Milan (İtaliya) - Nyukasl (İngiltərə) - 0:0
PSJ (Fransa) - Borussiya (Dortmund, Almaniya) - 2:0
Qollar: K.Mbappe, 49 (pen.), A.Hakimi, 58
Xal durumu: PSJ - 3, Nyukasl - 1, Milan - 1, Borussiya Dortmund - 0.
G qrupu
Yanq Boyz (İsveçrə) - Leypsiq (Almaniya) - 1:3
Qollar: M.Elia, 33 - M.Simakan, 3, K.Şlager, 74, B.Sesko, 90+2
Mançester Siti (İngiltərə) - Srvena Zvezda (Serbiya) - 3:1
Qollar: Y.Alvares, 47, 60 - O.Bukari, 45+2, Rodri, 73
Xal durumu: Leypsiq - 3, Mançester Siti - 3, Yanq Boyz - 0, Srvena Zvezda - 0.
E qrupu
Latsio (İtaliya) - Atletiko (İspaniya) - 1:1
Qollar: İ.Provedel, 90+5 - P.Barrios, 29
Feyenoord (Niderland) - Seltik (Şotlandiya) - 2:0
Qollar: K.Stenqs, 45+2, A.Cahanbaxş, 76
Xal durumu: Feyenoord - 3, Atletiko - 1, Latsio - 1, Seltik - 0.
H qrupu
Barselona (İspaniya) - Antverpen (Belçika) - 5:0
Qollar: J. Feliks, 11, 66, R.Levandovski, 19, C.Batalle, 22 (avtoqol) , Qavi, 54
Şaxtyor (Ukrayna) - Portu (Portuqaliya) - 1:3
Qollar: K.Kelsi, 13 - Qaleno, 8, 15, M.Taremi, 29
Xal durumu: Barselona - 3, Portu - 3, Şaxtyor - 0, Antverpen - 0