http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Müdafiə Nazirliyi Qarabağda lokal antiterror tədbirlərinin davam etdirilməsi ilə bağlı brifinq keçirib - YENİLƏNİB

20 Sentyabr 2023 , 10:15
Müdafiə Nazirliyi Qarabağda lokal antiterror tədbirlərinin davam etdirilməsi ilə bağlı brifinq keçirib - YENİLƏNİB

Müdafiə Nazirliyi Qarabağda lokal xarakterli antiterror tədbirlərinin davam etdirilməsi ilə bağlı brifinq keçiri.

"Operativ Media" xəbər verir ki, Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov antiterror tədbirlərinin gedişatı barədə məlumat verib.

Nazirlik rəsmisi diqqətə çatdırıb ki, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ iqtisadi
rayonunda keçirdiyi lokal xarakterli antiterror tədbirləri davam edir:

"Keçirilən tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrin məxsus minaatan mərmisi ilə dolu 6 ədəd Ural markalı hərbi avtomobil və 4 ədəd
minaatan Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib. Ermənistanın beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə sosial
media hesablarında kütləvi şəkildə paylaşılan müxtəlif dezinformasiyalara, o cümlədən Silahlı Qüvvələrimizin guya mülki avtomobilləri, təcili tibbi yardım maşınlarını atəşə tutması barədə yaydıqları yalan məlumatlara cavab olaraq bildirirəm ki, bu əsassız iddiaları müasir dövrümüzdə mövcud informasiya texnologiyasından faydalanaraq sübut etmək olardı.

Belə ki, əgər qarşı tərəfin iddialarının real əsası olsa idi bununla bağlı sosial media resurslarında foto və ya videogörüntülər təqdim olunardı. Onu da qeyd edim ki, beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə qarşı tərəfin özləri tərəfindən planlı şəkildə bu kimi cinayətləri həyata keçirməsi və bununla
Azərbaycan tərəfini ittiham etməsi ehtimalı da istisna edilmir".

Anar Eyvazov deyib ki, Silahlı Qüvvələrimiz tərəfindən keçirilən tədbirlər çərçivəsində mülki şəxslər və heç bir mülki obyekt qətiyyən hədəfə alınmır, yalnız legitim hərbi hədəflər bölmələrimiz tərəfindən zərərsizləşdirilir: "Digər vacib bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Döyüş sursatları tükənən Ermənistan silahlı qüvvələrinin birləşmələri uzun müddətli fortifikasiya qurğularını tərk edərək yaşayış məntəqələrində yenidən tərtiblənir, eyni zamanda,Qarabağ bölgəsindəki dinc əhalini məcburi qaydada silahlandıraraq döyüş mövqelərinə cəlb etməyə çalışırlar.

Bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırırıq və bildiririk ki, yalnız bu halda antiterror tədbirləri dayandırılacaq. Eyni zamanda bölgədə yaşayan erməni sakinlərinə Ermənistan silahlı qüvvələrinin birləşmələrinə yaxın durmamağa və onlara dəstək olmamağa çağırırıq. Hərbi qulluqçularımız bu çağırışlarımızı çap edilmiş məlumat
vərəqələrində müxtəlif vasitələrlə yerli əhaliyə və silahlılara çatdırır.

Bundan başqa, Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinə məxsus mövqenin və müşayiət etdiyi mülki kolonun atəşə tutulması barədə yayılan məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır. Belə əsassız iddialara cavab olaraq bildirirəm ki, sülhməramlı kontingent ilə davamlı şəkildə operativ qaydada təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən zəruri şərait yaradılır. Hazırda Silahlı Qüvvələrin lokal xarakterli antiterror tədbirləri davam etdirilir. Mövcud şərait bölmələrimizin nəzarəti altındadır".

***

Müdafiə Nazirliyi Qarabağda lokal xarakterli antiterror tədbirlərinin davam etdirilməsi ilə bağlı brifinq keçirir.

"Operativ Media" xəbər verir ki, brifinqdə nazirliyin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov çıxış edir.

O, düşmən sığınacaqları, texnikaları və digər hərbi infrastrukturların məhv edilməsi barədə ictimaiyyətə məlumat verir.

OXŞAR XƏBƏRLƏR
Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?

Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?

Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb

Taksi sürücüləri üçün növbəti imtahanda 1 735 namizəd uğur qazanıb - YENİLƏNİB

Taksi sürücüləri üçün növbəti imtahanda 1 735 namizəd uğur qazanıb - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Azərbaycanın güllə atıcısı dünya çempionu olub
  • Dünən
    22:23

    Hollandiya Ukraynaya 24 ədəd F-16-dan ilk partiyasını təhvil verib
  • Dünən
    22:00

    Azərbaycan millisinin heyətində dəyişiklik oldu
  • Dünən
    21:58

    Azərbaycan PL: "Qarabağ" səfərdə "Sumqayıt"ı məğlub etdi
  • Dünən
    21:23

    Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?
    Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?
  • Dünən
    21:07

    Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
  • Dünən
    21:00

    Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb
  • Dünən
    20:44

    Göygöldə qəza olub, xəsarət alanlar var
Menyu