http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

BP ilə Azərbaycan İnvestisiya Şirkəti arasında Qoşulma Sazişi imzalanıb

20 Sentyabr 2023 , 17:34
BP ilə Azərbaycan İnvestisiya Şirkəti arasında Qoşulma Sazişi imzalanıb

BP-nin İdarə heyətinin sədri Helge Lund və hasilat və əməliyyatlar üzrə icraçı vitse prezidenti Qordon Birrel BP-nin sabiq icraçı direktoru Mədinqli lordu Braunla birlikdə SOCAR-ın Gülüstan sarayında təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün Bakıya səfər ediblər.

"Operativ Media" xəbər verir ki, BP-nin məlumatına görə, tədbir Heydər Əliyev tərəfindən 2001-ci ildə Azərbaycanda təsis olunmuş “Neftçilər Günü” münasibətilə keçirilib.

Səfər zamanı nümayəndə heyəti Prezident İlham Əliyevlə də görüşüb. Görüş zamanı BP nümayəndələri Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək onun 100 illik yubileyinin əhəmiyyətini, həmçinin ulu öndərin Azərbaycanın və bütün regionun inkişafındakı müstəsna xidmətlərini vurğulayıblar. Onlar həmçinin BP-nin Azərbaycanla uzunmüddətli tərəfdaşlıq öhdəliyinə sadiq olduğunu bir daha təsdiqləyiblər.

Səfər proqramına uyğun olaraq BP nümayəndə heyəti SOCAR rəhbərliyi ilə də görüş keçirib. Görüşdən sonra Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) nümayəndələri ilə birgə tərəflər arasında Qoşulma Sazişi imzalanıb. Bu sənəd SOCAR-ın və AİŞ-in “Şəfəq” (Sunrise) layihəsinə daxil olmaq niyyətini əks etdirir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu