http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Birbank-ın yeni QR-kodla ödəniş üsulu 2% keşbek qazandırır

21 Sentyabr 2023 , 14:12
Birbank-ın yeni QR-kodla ödəniş üsulu 2% keşbek qazandırır

Ölkənin ilk rəqəmsal bankı Birbank-a yeni ödəniş üsuluəlavə edildi. Belə ki, istifadəçilər “QR ilə ödə” stikerini gördükləri istənilən yerdə Birbank tətbiqinin  “QR” hissəsindən ödəniş edə, üstəlik buna görə 2% keşbek qazana bilərlər. 

Bunun üçün istifadəçi ödəniş zamanı ilk olaraq kassirə ödənişi QR-kod ilə edəcəyini bildirməli, Birbank mobil tətbiqinin əsas səhifəsində aşağıda yerləşən “QR” hissəsinə keçid etməli və kassirin təqdim etdiyi QR-kodu Birbank ilə skan edərək ödənişi tamamlamalıdır. 

Yeni ödəniş üsulunu yalnız Birbank hesabına bağlı olan şəxsi Kapital Bank kartları ilə həyata keçirmək mümkündür. Əgər istifadəçi ödəniş etdiyi sahə üzrə daha çox keşbek qazandıran digər aktiv kampaniyaya qoşulubsa və ya əlavə keşbek kateqoriyası seçibsə ödənişə daha yüksək faizli keşbek hesablanır. Bundan əlavə ödəniş edilən məntəqə Birbank partnyorudursa və daha yüksək keşbek təklif edirsə ödənişə yüksək keşbek faizi tətbiq edilir.

Ödənişin geri qaytarılması zamanı QR-kod mütləq ödəniş icra olunan Birbank hesabı vasitəsilə skan edilməlidir. Yeni funksiya ilə aylıq qazanıla bilən maksimum keşbek 500 AZN-dir. Toplanan keşbeki Birbank mobil tətbiqində keşbek kabinetindən izləmək mümkündür. Ətraflı məlumat üçün: bir.bank/bbqrp

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbanktətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

OXŞAR XƏBƏRLƏR
Məhkəmə "Global Construction” şirkəti ilə bağlı qərarı elan edib

Məhkəmə "Global Construction” şirkəti ilə bağlı qərarı elan edib

Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr - SİYAHI

Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr - SİYAHI

Yeni Günəşlidə torpağın zəbt edilməsinin qarşısı alınıb

Yeni Günəşlidə torpağın zəbt edilməsinin qarşısı alınıb

XƏBƏR LENTİ
  • 18:24

    General-leytenant Namiq İslamzadə Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub
  • 18:17

    Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq
  • 18:09

    Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüşlər keçirəcək
    Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüşlər keçirəcək
  • 17:54

    Ərdoğan Putinə zəng edib
  • 17:48

    Məhkəmə "Global Construction” şirkəti ilə bağlı qərarı elan edib
  • 17:38

    Efiopiya parlamenti yeni prezidenti seçib
  • 17:35

    Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr - SİYAHI
  • 17:17

    Pol Poqbanın cəzası ilə bağlı rəsmi açıqlama verildi
Menyu