http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır - Prezidentin köməkçisi

21 Sentyabr 2023 , 14:46
Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır - Prezidentin köməkçisi

Ermənistan 30 il ərzində Azərbaycana və Azərbaycan xalqına qarşı işğal siyasəti aparıb. Lakin Azərbaycan qarşıdurmanın səhifəsini çevirməyə hazırdır və sülh gündəminə sadiqdir.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "BBC News"a müsahibəsində deyib.

O, Qarabağ ərazisində erməni separatçılarının mövcudluğunun qanunsuz olduğunu vurğulayıb:

“Azərbaycanın bu qeyri-qanuni rejimin ləğvinə yönəlmiş bütün hərəkətləri tamamilə qanunidir və bu, beynəlxalq hüquq normaları çərçivəsindədir”.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan Qarabağın erməni sakinlərini cinayətkar erməni oliqarxlarından azad etməyə və normal reinteqrasiya prosesini təmin etməyə hazırdır:

“Ölkəmiz həmişə bəyan edib ki, biz konstitusiyaya, eləcə də, beynəlxalq öhdəliklərə uyğun olaraq erməni sakinlərin hüquq və təhlükəsizliyini təmin etməyə hazırıq”.

Prezidentin köməkçisi onu da vurğulayıb ki, ölkəmizdə müxtəlif etnik qrupların və dini konfessiyaların nümayəndələri birgə yaşayır və buna görə də Azərbaycan erməni əhalinin dini, mədəni və humanitar ehtiyaclarını Konstitusiya çərçivəsində təmin etməyə hazırdır.

OXŞAR XƏBƏRLƏR
Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq

Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq

Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüşlər keçirəcək

Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüşlər keçirəcək

Ərdoğan Putinə zəng edib

Ərdoğan Putinə zəng edib

XƏBƏR LENTİ
  • 18:17

    Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq
  • 18:09

    Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüşlər keçirəcək
    Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüşlər keçirəcək
  • 17:54

    Ərdoğan Putinə zəng edib
  • 17:48

    Məhkəmə "Global Construction” şirkəti ilə bağlı qərarı elan edib
  • 17:38

    Efiopiya parlamenti yeni prezidenti seçib
  • 17:35

    Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr - SİYAHI
  • 17:17

    Pol Poqbanın cəzası ilə bağlı rəsmi açıqlama verildi
  • 17:16

    Livanda son sutkada İsrailin hücumları nəticəsində 22 nəfər ölüb
Menyu