http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Son illərin döyüş tarixində belə dəqiq anti-terror tədbiri müşahidə edilməyib - RƏY

21 Sentyabr 2023 , 15:08
Son illərin döyüş tarixində belə dəqiq anti-terror tədbiri müşahidə edilməyib - RƏY

"Əməliyyatın uğurlu olmasının səbəbi Azərbaycan Silahlı qüvvələrinin yüksək peşəkarlığı, Azərbaycan Respublikasının apardığı güclü siyasət, hərbi qulluqçularımızın keçdiyi təlimlər, ən yüksək dəqiqliyi olan silahlardan istifadə etməsidir".

Bunu "Operativ Media" ya açıqlamasında “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə söyləyib.

Ermənistan vəziyyəti daha da gərginləşdirməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyəti güdür - Açıqlama

Bəhruz Məmmədzadənin sözlərinə görə, antiterror tədbirləri regionda keçirilən ən uğurlu əməliyyat sayılır. Çətin şəraitdə Azərbaycan ordusunun mülki şəxsləri qoruyaraq bu əməliyyatı icra etməsi unikallığı ilə hərb tarixinə yazılmalıdır.

"Əslində baxmayaraq ki, düşmənin qeyri-qanuni silahlı birləşmələri yüksəklikdə yerləşmişdir. Bizim əsgər və zabitlərimiz buna baxmayaraq, anti terror əməliyyatlarının öhdəsindən çox peşəkarlıqla gəldi. Anti-terror əməliyyatları ümumiyyətlə ən çətin əməliyyatlardan biridir. Çünki orda sən sivil insanlara zərər vermirsən.  Baxmayaraq ki, düşmən onların içində yerləşir və sən yenə də mülki vətəndaşlara heç bir ziyan vurmursan".

Bəhruz Məmmədzadə deyir ki, seperatçılar dinc əhalini təxribata cəlb etmək üçün bütün üsullara əl atdılar. Onlar hərbi texnikaları yaşayış məntəqələrində yerləşdirməklə atəş nöqtələrini mülki hədəflərə çəkməyə çalışırdılar"

"Əslində anti-terror əməliyyatı olunan yerlərdən həmişə dinc əhalini çıxardırlar ki, onlar zərər görməsinlər. Bunların gördüyü isə adətən terror faciəsidir. Çünki terorristlər həmişə dinc əhalinin içində yerləşirlər. Onlar bilirdilər ki, biz dinc əhaliyə zərər vurmayacağıq ona görə də dinc əhalinin içində yerləşib ordan bizə zərər vurmaq istəyirdilər. Bunla bağlı onlar bilərək belə şərait yaradırlar ki, bütün dünyaya bəyan etsinlər ki, Azərbaycan insanlarımızı qırır və terror törədir. İnanın ki mülki avtomobillərin içində olanlar da terrorçulardır. Onlar qəsdən mülki maşınları ora yığırlar ki, vuranda desinlər ki bax bizim mülki maşınlar vuruldu. Çünki 44 günlük vətən müharibəsində də gördük ki onların bütün hərbiçiləri döyüşdə mülki maşınlardan istifadə edirdilər"

OXŞAR XƏBƏRLƏR
Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq

Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq

Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüşlər keçirəcək

Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüşlər keçirəcək

Ərdoğan Putinə zəng edib

Ərdoğan Putinə zəng edib

XƏBƏR LENTİ
  • 18:17

    Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq
  • 18:09

    Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüşlər keçirəcək
    Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüşlər keçirəcək
  • 17:54

    Ərdoğan Putinə zəng edib
  • 17:48

    Məhkəmə "Global Construction” şirkəti ilə bağlı qərarı elan edib
  • 17:38

    Efiopiya parlamenti yeni prezidenti seçib
  • 17:35

    Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr - SİYAHI
  • 17:17

    Pol Poqbanın cəzası ilə bağlı rəsmi açıqlama verildi
  • 17:16

    Livanda son sutkada İsrailin hücumları nəticəsində 22 nəfər ölüb
Menyu