http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Gələn il bir sıra vergi güzəştləri tətbiq ediləcək

21 Sentyabr 2023 , 15:35
Gələn il bir sıra vergi güzəştləri tətbiq ediləcək

2024-cü ildə gəlirlər üzrə siyasətin əsas istiqamətləri üzrə həm sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, həm də sahibkarlıq fəaliyyətinin təşviq edilməsi nəzərdə tutulur.

"Operativ Media" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.

Sənəddə qeyd edilir ki, fiziki şəxslərin gəlirlərinə düşən vergi yükünün azaldılması məqsədilə bəzi kateqoriyalı fiziki şəxslərə verilən güzəştlərin həcminin artırılması və bir sıra gəlirlərinin vergiyə cəlb olunan gəlir bazasına aid edilməməsi nəzərdə tutulub.

Eyni zamanda sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədi ilə, maliyyə lizinqinin vergiyə cəlb edilməsi mexanizminin sadələşdirilməsi, ictimai və sosial məqsədlər üçün ödənilən vəsaitlər üzrə mənfəət vergisindən azad olan hissənin artırılması, bir sıra təsərrüfat sahələri üzrə mülkiyyət vergiləri üzrə əlavə güzəştlərin verilməsi nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu