http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Çində səfərdə olan YAP nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

21 Sentyabr 2023 , 20:54
Çində səfərdə olan YAP nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın 2023-cü il 11-19 sentyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdə olmuş gənclərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

YAP-dan "Operativ Media"ya verilən xəbərə görə, görüşdə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və ÇXR-in Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min iştirak ediblər.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan-Çin münasibətlərinin nümunəvi xarakter daşıdığını, qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsinin diqqət mərkəzində olduğunu bildirib. O, Çinin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməsinin önəmini diqqətə çatdırıb.

Daha sonra YAP Sədrinin müavini qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı kontekstində xüsusi yer tutduğunu və mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

ÇXR-in Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qo Min Çinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, iki ölkə liderlərinin səyləri nəticəsində qarşılıqlı münasibətlərin strateji xarakter daşıdığını və müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Diplomat Çinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

MDB liderləri sammitində müzakirə olunacaq məsələlər açıqlanıb

MDB liderləri sammitində müzakirə olunacaq məsələlər açıqlanıb

Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq

Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq

XƏBƏR LENTİ
  • 20:10

    "Neftçi" Roman Qriqorçukla yollarını ayırdı - RƏSMİ
  • 20:04

    Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib - VİDEO
    Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib - VİDEO
  • 19:43

    Zaxarova: Ukrayna Rusiya Silahlı Qüvvələrinə qarşı sistemli şəkildə zəhərli kimyəvi maddələrdən istifadə edir
  • 19:22

    Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib
    Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib
  • 19:05

    Putin Türkmənistana səfər edəcək
  • 18:52

    Vladimir Putinlə Məsud Pezeşkian görüşə bilər
  • 18:42

    "Kəpəz" legioneri ilə vidalaşdı
  • 18:40

    Uşakov: Rusiya “Taliban”dan terror təşkilatı statusunun çıxarılmasına çalışır
Menyu