http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Ceyhun Bayramov BMT-nin Məskunlaşma Proqramının İcraçı Direktoru ilə görüşüb

22 Sentyabr 2023 , 09:24
Ceyhun Bayramov BMT-nin Məskunlaşma Proqramının İcraçı Direktoru ilə görüşüb

21 sentyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı Direktoru Maimunah Mohd Şərif ilə görüşüb. 

Nazir Ceyhun Bayramov Azərbaycanın UN-Habitat ilə uğurlu və məhsuldar əməkdaşlıq əlaqələri qurduğunu bildirərək ölkəmizin UN-Habitat və tərəfdaşları tərəfindən təşkil olunan bir sıra tədbirlərdə, o cümlədən, Dünya Şəhər Forumunun 11-ci Sessiyasında, “Yeni Şəhər Gündəliyi”nin icrası ilə bağlı irəliləyişin dəyərləndirilməsi məqsədilə ötən il BMT Baş Assambleyasının yüksək səviyyəli tədbirində iştirak etdiyini vurğulayıb. 

Ölkəmizin həmçinin UN-Habitat ilə birgə ötən ilin oktyabr ayında "Dayanıqlı İnkişaf Məqsədləri” və "Yeni Şəhər Gündəliyi” –postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun təşkil olunması məmnunluq hissi ilə qeyd olunub. Bundan əlavə, Azərbaycan tərəfindən UN-Habitat ilə birgə cari ilin 29 sentyabr tarixindən etibarən “Şəhərsalma Həftəsi” çərçivəsində bir sıra yüksək səviyyəli tədbirlər, o cümlədən, 29 sentyabr - 1 oktyabr tarixlərində Zəngilan və Bakıda  “Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizənin aparıcı qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun təşkil olunacağı  bildirilib və ölkəmizin ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcəyi vurğulanıb.

Nazir həmçinin, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yenidənqurma və bərpa işlərinə toxunaraq bu istiqamətdə UN-Habitat ilə qurulmuş uğurlu əməkdaşlıq əlaqələrinin vacibliyini diqqətə çatdırıb.

 

OXŞAR XƏBƏRLƏR
Paşinyan Rusiyada səfərdədir - YENİLƏNİB

Paşinyan Rusiyada səfərdədir - YENİLƏNİB

İsrailin Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib

İsrailin Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

XƏBƏR LENTİ
  • 22:05

    Azərbaycan millisi İspaniyaya məğlub oldu
  • 21:53

    Paşinyan Rusiyada səfərdədir - YENİLƏNİB
  • 21:38

    MDB iclasında Ermənistan iki bəyanata qoşulmayıb
  • 21:35

    Husilər İsrail şəhərlərinə zərbələr endirib
  • 21:23

    İsrailin Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib
  • 21:17

    Baş nazir İrakli Kobaxidze: Rusiya ilə münaqişənin həlli Gürcüstanın ən mühüm prioritetlərindən biridir
  • 21:13

    Məhkəmə “Audia Nina” şirkəti ilə bağlı cərimə qərarı çıxarıb
  • 21:06

    Qaradağ və Nizami rayonları ərazisində qaz olmayacaq
Menyu