http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

1-ci Liqa: Son 7 mövsümün rekordu

22 Sentyabr 2023 , 10:56
1-ci Liqa: Son 7 mövsümün rekordu

I liqanın II turu rekord nəticə ilə əlamətdar olub.

"Operativ Media" PFL-ə istinadən xəbər verir ki, “Şamaxı” öz meydanında “Araz Saatlı”nı 8:0 hesabı ilə məğlub edib.

Bu, klubun tarixində bütün turnirlər nəzərə alınmaqla ən böyükhesablı qələbə rekordunun təkrarıdır. Əsası 1997-ci ildə qoyulan, tarixi ərzində “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşıyan indiki “Şamaxı” bunadək bir dəfə 8 top fərqi ilə qalib gəlib.

2003/04 mövsümündə “Xəzər Universiteti” Bakıda “Kəpəz”i eyni hesabla məğlubiyyətə uğradıb. 2003-cü il iyulun 5-də qeydə alınan nəticə 20 il 2 ay 16 gün, yəni 7383 gündən sonra təkrarlanıb.

Şamaxı şəhər stadionundakı nəticə həm də I liqada son 7 mövsümün ən böyük hesabıdır. 2016/17 mövsümündən sonra belə fərq ilk dəfə qeydə alınıb.

2016-cı il noyabrın 24-də “Səbail”lə “Bakılı” arasındakı matçda indiki kimi 8 top fərqi qeydə alınıb – 11:3. Sonuncu dəfə daha böyükhesablı qələbə isə həmin qarşılaşmadan 16 gün əvvələ təsadüf edib. “Zaqatala” öz meydanında “Energetik”i 10:0 hesabı ilə üstələyib

OXŞAR XƏBƏRLƏR
Azərbaycan millisi İspaniyaya məğlub oldu

Azərbaycan millisi İspaniyaya məğlub oldu

"Neftçi" Roman Qriqorçukla yollarını ayırdı - RƏSMİ

"Neftçi" Roman Qriqorçukla yollarını ayırdı - RƏSMİ

"Kəpəz" legioneri ilə vidalaşdı

"Kəpəz" legioneri ilə vidalaşdı

XƏBƏR LENTİ
  • 22:05

    Azərbaycan millisi İspaniyaya məğlub oldu
  • 21:53

    Paşinyan Rusiyada səfərdədir - YENİLƏNİB
  • 21:38

    MDB iclasında Ermənistan iki bəyanata qoşulmayıb
  • 21:35

    Husilər İsrail şəhərlərinə zərbələr endirib
  • 21:23

    İsrailin Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib
  • 21:17

    Baş nazir İrakli Kobaxidze: Rusiya ilə münaqişənin həlli Gürcüstanın ən mühüm prioritetlərindən biridir
  • 21:13

    Məhkəmə “Audia Nina” şirkəti ilə bağlı cərimə qərarı çıxarıb
  • 21:06

    Qaradağ və Nizami rayonları ərazisində qaz olmayacaq
Menyu