http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Britaniya kəşfiyyatı: Ukraynanın Moskva yaxınlığındakı aviabazaya zərbəsi strateji narahatlığa səbəb olub

22 Sentyabr 2023 , 12:32
Britaniya kəşfiyyatı: Ukraynanın Moskva yaxınlığındakı aviabazaya zərbəsi strateji narahatlığa səbəb olub

Son 4 gün ərzində həm Rusiyanın, həm də Ukraynanın cəbhə xəttinin dərinliklərinə intensiv hücumlar olub.

"Operativ Media" xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Rusiyanın Krımda, Krasnodarda və Moskva yaxınlığındakı logistika obyektlərinə, aviabazalarına və komanda məntəqələrində partlayışlar baş verib.

Qeyd olunub ki, bu, insidentlər Rusiyanın Qara Dəniz Donanmasının güclü hədəfə alınması ilə əlaqəlidir:

“Lakin Moskva yaxınlığındakı Çkalovski aviabazasında baş vermiş partlayışlar ehtimal ki, Rusiya rəhbərliyi üçün ən ciddi strateji narahatlığa səbəb olur. Bu, həssas lokasiyadır, çünki xüsusi təyinatlı hərbi təyyarələrə, həmçinin Rusiya liderlərinin VIP nəqliyyat vasitələrinə ev sahibliyi edir”.

Qeyd olunub ki, bazadakı İl-18 (NATO adı: COOT) xüsusi missiya təyyarəsinin zədələnməsi xüsusi narahatlıq doğurub. Belə ki, sözügedən təyyarə vacib elektron kəşfiyyat missiyaları həyata keçirir və onun zədələnməsinin dəqiq variantı qeyri-müəyyəndir.
Məlumatda o da qeyd edilib ki, Rusiya son bir həftə ərzində dəfələrlə Ukraynadakı hədəflərə uzun mənzilli zərbələr endirib.

“Bu qeyri-adi intensivlik, ehtimal ki, qismən də Rusiya və Krımda baş verən insidentlərə cavabdır. Nisbətən statik quru döyüşü ilə hər bir tərəf öz rəqibinin strateji dərinliyinə zərbə endirərək üstünlük əldə etməyə çalışır”, - məlumatda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib - VİDEO

Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib - VİDEO

General-leytenant Namiq İslamzadə Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub

General-leytenant Namiq İslamzadə Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub

Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?

Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?

XƏBƏR LENTİ
  • 00:04

    Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub
    Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub
  • Dünən
    23:46

    Floridada fövqəladə vəziyyət elan edilib
  • Dünən
    23:33

    “Hizbullah” döyüşçüləri deltaplanlardan istifadə edib
  • Dünən
    23:08

    Suriyada ABŞ istehsalı olan 16 silah anbarı aşkar edilib
  • Dünən
    22:33

    Gürcüstan ABŞ və Aİ ilə münasibətlərə yenidən baxacaq
  • Dünən
    22:05

    Azərbaycan millisi İspaniyaya məğlub oldu
  • Dünən
    21:53

    Paşinyan Rusiyada səfərdədir - YENİLƏNİB
  • Dünən
    21:38

    MDB iclasında Ermənistan iki bəyanata qoşulmayıb
Menyu