http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Polşa Prezidenti “taxıl mübahisəsi”nin həll edilməsi üçün Zelenski ilə görüşmək niyyətindədir

22 Sentyabr 2023 , 13:24
Polşa Prezidenti “taxıl mübahisəsi”nin həll edilməsi üçün Zelenski ilə görüşmək niyyətindədir

Polşa Prezidenti “taxıl mübahisəsi”nin həll edilməsi üçün Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmək niyyətindədir.

"Operativ Media" xəbər verir ki, Polşa Prezidenti Andjey Duda yerli telekanala açıqlamasında Ukrayna və Polşa arasındakı “çətin situasiya”nın həlli üçün Vladimir Zelenski ilə dost kimi söhbət aparmaq niyyətində olduğunu bildirib.

Zelenskinin BMT-də çıxışına münasibət bildirən Duda qeyd edib ki, Ukrayna Prezidenti Polşanın adını çəkməsə sözlərini kimə ünvanladığını hamı başa düşüb.

“Gəlin təmkinli qalaq, hərarəti yüksəltməyək, çünki bu mübahisə bizim əlaqələrimizin kiçik bir hissəsi ilə bağlıdır. Gəlin onun bütün əlaqələrimizə təsir etməsinə imkan verməyək, çünki buna heç bir bəraət yoxdur və yalnız digərləri bundan faydalanır”, - Duda deyib.

Qeyd edək ki, Polşa, Macarıstan və Slovakiya Ukrayna taxılının idxalına tətbiq edilən məhdudiyyəti saxlamaq niyyətində olduğunu açıqlayıb. Məsələ ilə əlaqədar Ukrayna Prezidenti Zelenski BMT Baş Assambleyasında çıxışında Ukraynanın Avropadakı bəzi dostlarının siyasi teatrda “həmrəylik oyunu” oynadığını deyib. Gərginliyin artmasından sonra Polşa Ukraynaya silah tədarükünü dayandıracağını açıqlayıb.

OXŞAR XƏBƏRLƏR
Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub

Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub

Paşinyan Rusiyada səfərdədir - YENİLƏNİB

Paşinyan Rusiyada səfərdədir - YENİLƏNİB

Gürcüstan ABŞ və Aİ ilə münasibətləri yenidən baxacaq

Gürcüstan ABŞ və Aİ ilə münasibətləri yenidən baxacaq

XƏBƏR LENTİ
  • 00:04

    Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub
    Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub
  • Dünən
    23:46

    Floridada fövqəladə vəziyyət elan edilib
  • Dünən
    23:33

    “Hizbullah” döyüşçüləri deltaplanlardan istifadə edib
  • Dünən
    23:08

    Suriyada ABŞ istehsalı olan 16 silah anbarı aşkar edilib
  • Dünən
    22:33

    Gürcüstan ABŞ və Aİ ilə münasibətlərə yenidən baxacaq
  • Dünən
    22:05

    Azərbaycan millisi İspaniyaya məğlub oldu
  • Dünən
    21:53

    Paşinyan Rusiyada səfərdədir - YENİLƏNİB
  • Dünən
    21:38

    MDB iclasında Ermənistan iki bəyanata qoşulmayıb
Menyu