http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

“VPN-lə parollarınızı da görə bilərlər”

22 Sentyabr 2023 , 15:04
“VPN-lə parollarınızı da görə bilərlər”

Bu günlərdə Azərbaycanda "Tik-Tok" sosial şəbəkəsi bloklanıb. 44 günlük müharibədə olduğu kimi istifadəçilər məşhur sosial şəbəkəyə daxil olmaq üçün yenidən VPN tətbiqləri yükləməyə başlayıblar.

Bəs VPN nədir? Nə kimi zərərləri var?

Məsələ ilə bağlı rəqəmsal marketinq meneceri Həsən Fətəliyev “Operativ Media”ya açıqlama verib.

“VPN bir çox fərqli texnologiyadan istifadə etsə də, o, əsasən kompüterinizdən və ya telefonunuzdan digər şəbəkəyə şifrələnmiş tunel açır. Bu tunel vasitəsilə ötürülən məlumat şifrələndiyi üçün kənardan baxmaq mümkün deyil. Lakin VPN serverinə qoşulduğunuz andan etibarən siz həmin serverə internet bağlantınızı sizin adınızdan idarə etməyə icazə verirsiniz.

VPN tətbiqinə görə siz viruslara məruz qala bilərsiniz, şəxsi məlumatlarınız oğurlana bilər və ya cihazınız hətta qeyri-qanuni əməliyyatlar üçün istifadə oluna bilər. Sizin adınızdan serverə daxil olan insanlar internet bağlantınızı idarə edə və sizi yönləndirə bilərlər. Pulsuz adı altında sadalanan bir çox VPN provayderi də internet trafikinizi qeyd edə və bu məlumatı kommersiya və ya kəşfiyyat məqsədləri üçün istifadə edə bilər.

Pulsuz VPN-lərin mərkəzi server infrastrukturu olmadığı üçün kompüteriniz siz bilmədən sistemə həm istifadəçi, həm də server kimi qoşula bilər. Burada təhlükə təkcə bu xidmətdən faydalanan xarici istifadəçi deyil, həm də VPN şəbəkəsi daxilində fəaliyyət göstərir.

Əgər kompüter bu əməliyyat üçün açıq hədəfə çevrilərsə, bu, cihazın qeyri-qanuni əməliyyatlar üçün istifadə edilməsinə və ya zərərli istifadəçilərin şəxsiyyətlərini gizlətməsinə şərait yarada bilər. VPN vasitəsilə əlaqəyə icazə verilməsi, həmçinin cihazın bütün avadanlıqlarına giriş imkanı verir.

Bütün məlumat trafikiniz VPN-in daxili brauzerindən keçdiyi üçün axtarış və ziyarət tarixçəniz, parollarınız, izlədikləriniz, yüklədikləriniz və yüklədiklərinizlə bağlı hər şeyi xidmət təminatçıları görə bilər.”

Ekspert qeyd edir ki, VPN vasitəsilə məlumatlarınız xarici kəşfiyyata satıla da bilər.

“VPN əsasən illeqal əməllərdə istifadə edildiyi üçün sizin məlumatlarınızı hansısa bir cinayət qruplaşması da istifadə edə bilər. Daha pis halda isə bu məlumatları dövlətlərin kəşfiyyat xidmətlərinə satırlar və ya ötürürlər. Provayder məlumatları satmayacağına söz versə belə, məlumatların saxlanması riski həmişə var”.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Mobil telefonlar hansı hallarda partlaya bilər?

Mobil telefonlar hansı hallarda partlaya bilər?

Azərbaycan və İtaliya arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və İtaliya arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq müzakirə edilib

Allahverən İsmayılov: Hakerlər daha çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

Allahverən İsmayılov: Hakerlər daha çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu