http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Ceyhun Bayramov “77-lər Qrupu” və JCC-nin XİN başçıları iclasına həmsədrlik edib

22 Sentyabr 2023 , 21:35
Ceyhun Bayramov “77-lər Qrupu” və JCC-nin XİN başçıları iclasına həmsədrlik edib

Sentyabrın 22-də xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Qoşulmama Hərəkatı (NAM) – “77-lər Qrupu” və Çin Birgə Kordinasiya Komitəsinin (JCC) xarici işlər nazirləri səviyyəsində iclasına həmsədrlik edib və tədbirdə çıxış edib.

Bu barədə "Operativ Media"ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Ceyhun Bayramov çıxışında JCC-nin 9 ildən sonra öz fəaliyyətini bərpa etməsinin tarixi hadisə olduğunu, Azərbaycanın NAM-a sədrliyi dövründə JCC-nın canlandırılmasını öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etdiyini və Kubadan olan həmkarlar ilə məhsuldar əməkdaşlıq sayəsində ölkəmizin JCC-nin iclasını təşkil etməyə nail olduğunu diqqətə çatdırıb.

Nazir cari ilin iyul ayında NAM-ın Əlaqələdirmə Bürosunun Bakı şəhərində keçirilmiş Nazirlər İclasında üzv ölkələrin beynəlxalq iqtisadiyyat, ticarət və maliyyə məsələlərində inkişaf etməkdə olan ölkələrin rolunun artırılması üçün NAM və “77-lər qrupu” və Çin arasında əlaqələdirmənin gücləndirilməsinə ehtiyacın olduğunu bir daha təsdiq etdiklərini qeyd edib. Bu xüsusda, Azərbaycanın Uqandanın paytaxtı Kampala şəhərində 2024-cü ilin yanvar ayında “77-lər qrupu” və Çinin Üçüncü Cənub Sammitinin və NAM-ın On Doqquzuncu Sammitinin keçirilməsini səbirsizliklə gözlədiyini və bunun JCC çərçivəsində “77-lər qrupu” və NAM arasında Cənub-Cənub Əməkdaşlığını daha da gücləndirəcəyini nümayiş etdirdiyi vurğulanıb.

Nazir həmçinin Bakı şəhərində keçirilən 2023 Nazirlər görüşündə, NAM üzv ölkələrinin baş qərargahı inkişaf etməkdə olan ölkədə yerləşəcək Cənub-Cənub əməkdaşlığının üçün BMT-nin İxtisaslaşmış Agentliyinin yaradılması ilə bağlı “77-lər qrupu” və Çin ilə işləyəcəkləri barədə razılığa gəldiklərini bildirib. Cənub-Cənub Əməkdaşlığının inkişaf etməkdə olan ölkələrin həmrəylik prinsipi əsasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün birgə fəaliyyətlərini əks etdirdiyi diqqətə çatdırılıb.

OXŞAR XƏBƏRLƏR
Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub

Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub

Paşinyan Rusiyada səfərdədir - YENİLƏNİB

Paşinyan Rusiyada səfərdədir - YENİLƏNİB

Gürcüstan ABŞ və Aİ ilə münasibətləri yenidən baxacaq

Gürcüstan ABŞ və Aİ ilə münasibətləri yenidən baxacaq

XƏBƏR LENTİ
  • 00:04

    Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub
    Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub
  • Dünən
    23:46

    Floridada fövqəladə vəziyyət elan edilib
  • Dünən
    23:33

    “Hizbullah” döyüşçüləri deltaplanlardan istifadə edib
  • Dünən
    23:08

    Suriyada ABŞ istehsalı olan 16 silah anbarı aşkar edilib
  • Dünən
    22:33

    Gürcüstan ABŞ və Aİ ilə münasibətlərə yenidən baxacaq
  • Dünən
    22:05

    Azərbaycan millisi İspaniyaya məğlub oldu
  • Dünən
    21:53

    Paşinyan Rusiyada səfərdədir - YENİLƏNİB
  • Dünən
    21:38

    MDB iclasında Ermənistan iki bəyanata qoşulmayıb
Menyu