http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Ağsuda qohumunun evindən oğurluq edən şəxs tutulub

03 Oktyabr 2022 , 09:22
Ağsuda qohumunun evindən oğurluq edən şəxs tutulub

Ağsu şəhəri ərazisində yerləşən evdən oğurluq edilib. Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən yaşadığı ünvandan ümumi dəyəri 5 min manata yaxın olan müxtəlif məişət əşyalarının, tikinti materiallarının və avtomobilin ehtiyyat hissələrinin naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qardaşlar Roman və Ceyhun Kərimovlar, eləcə də zərərçəkmişin qardaşı oğlu Ceyhun Səlimov saxlanılıb.

Onlar əməllərini etiraf ediblər və cinayət yolu ilə əldə etdikləri əşyaları dəfələrlə aşağı qiymətə satdıqlarını bildiriblər.Oğurladıqlarının bir qismi isə həmin şəxslərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR
Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu