http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

“Liderin ürəyi” sənədli filmi təqdim olunacaq

26 Sentyabr 2023 , 19:23
“Liderin ürəyi” sənədli filmi təqdim olunacaq

Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” (“Сердце лидера”) sənədli filminin təqdimatı keçiriləcək.

"Operativ Media" xəbər verir ki, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın müəllifi olduğu film Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.

Film Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı və ölkəyə rəhbərlik etdiyi dövrü əhatə edir. Ekran əsərində belə bir qayıdışın dünya tarixində ilk dəfə baş verdiyi vurğulanır.

Filmin təqdimatı üçün 10 oktyabr tarixinin seçilməsi təsadüfi deyil. Belə ki, 10 oktyabr Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə birinci dəfə Prezident seçildikdən sonra andiçmə mərasiminin keçirildiyi gündür.

Heydər Əliyev Azərbaycan xalqının tarixində mühüm rol oynayıb, dünya siyasətində silinməz iz qoyub. “Liderin ürəyi” sənədli filmində Mixail Qusmanın vaxtı ilə Bill Klinton, Corc Buş, Jak Şirak, Madlen Olbrayt, Toni Bleyer, Zbiqnev Bjezinski və digər dünya siyasətçiləri ilə Heydər Əliyev barədə apardığı söhbətlər də yer alıb.

Məhz Heydər Əliyevin dövründə rəsmi Bakı beynəlxalq arenada öz mövqeyini gücləndirərək strateji tərəfdaşlarının sayını artırıb, ATƏT və BMT kimi təşkilatlarda Azərbaycan diplomatiyası intensiv xarakter alıb. Uzaqgörən siyasətçi Heydər Əliyev xarici şirkətlərin Azərbaycana irihəcmli sərmayələr yönəltmələrinə, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olub.

Filmdə Heydər Əliyevin Mixail Qusmanla eksklüziv müsahibələrini, dəyərli fikirlərini dinləmək, siyasi fəaliyyəti ilə bağlı nadir arxiv kadrları görmək mümkündür.

Çəkilişlər Moskva, Bakı və Ulu Öndərin doğulduğu Naxçıvanda aparılıb.

“Liderin ürəyi” sənədli filminin rejissoru Valeri Spirin, ssenari müəllifi Marina Deniseviçdir. Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu isə film üçün şair Yuri Ryaşentsevin şeirlərinə mahnı bəstələyib.

Film Azərbaycan və rus dillərində hazırlanıb.

OXŞAR XƏBƏRLƏR
Bakıda təkər tullantıları yığılmış yerdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Bakıda təkər tullantıları yığılmış yerdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Sabah Bakının bəzi ərazisində qaz olmayacaq

Sabah Bakının bəzi ərazisində qaz olmayacaq

Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

XƏBƏR LENTİ
  • 22:10

    İsrail qüvvələri Dəməşqdə yaşayış binasını vurub
  • 22:00

    Bakıda təkər tullantıları yığılmış yerdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
    Bakıda təkər tullantıları yığılmış yerdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
  • 21:53

    Prezident İlham Əliyev: Sanksiyaların qeyri-qanuni, əsasız şəkildə və selektiv tətbiqi kimi hallarda mövcudluq hüququ yoxdur
    Prezident İlham Əliyev: Sanksiyaların qeyri-qanuni, əsasız şəkildə və selektiv tətbiqi kimi hallarda mövcudluq hüququ yoxdur
  • 21:42

    Sabah Bakının bəzi ərazisində qaz olmayacaq
  • 20:52

    Netanyahu: Hizbullah uzun illərdən bəri olduğundan daha zəifdir
  • 20:37

    ABŞ-da 14 milyondan çox insana su xidməti göstərən şirkətə kiberhücum edilib
  • 20:25

    Prezident İlham Əliyev MDB dövlət və hökumət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib
    Prezident İlham Əliyev MDB dövlət və hökumət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib
  • 20:15

    Bayden rəsmi səfərlərini təxirə salıb
Menyu