http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Əli Əsədov TDT-dən olan nazirlər ilə görüşüb

26 Sentyabr 2023 , 19:24
Əli Əsədov TDT-dən olan nazirlər ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən 2-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısında və 2-ci Türk Aqro Biznes Forumunda iştirak edən kənd təsərrüfatı nazirləri ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, Baş nazir Bakıda keçirilən 2-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısının və 2-ci Türk Aqro Biznes Forumunun əhəmiyyətini vurğuladı, bu tədbirlərin türk dövlətləri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Bildirilib ki, türk dünyası ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir.

Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən ardıcıl tədbirlər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, bu məqsədlə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatın diversifikasiyasına nail olunub, bütün digər sahələr kimi aqrar sektorun da inkişafı üçün əlverişli şərait yaranıb.

Azərbaycanda aqro-ərzaq sisteminin davamlı transformasiyasının təmin edilməsi istiqamətində yaşıl enerji, rəqəmsallaşma və innovativ həllərin tətbiqi barədə söhbət açılıb.

Ölkədə aqroparkların yaradılması prosesinin geniş vüsət aldığı bildirilib, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişaf potensialı barədə məlumat verilib.

Görüşdə Azərbaycanla Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətləri arasında kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr, həmçinin əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev: Sanksiyaların qeyri-qanuni, əsasız şəkildə və selektiv tətbiqi kimi hallarda mövcudluq hüququ yoxdur

Prezident İlham Əliyev: Sanksiyaların qeyri-qanuni, əsasız şəkildə və selektiv tətbiqi kimi hallarda mövcudluq hüququ yoxdur

Prezident İlham Əliyev MDB dövlət və hökumət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib

Prezident İlham Əliyev MDB dövlət və hökumət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - YENİLƏNİB

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 22:10

    İsrail qüvvələri Dəməşqdə yaşayış binasını vurub
  • 22:00

    Bakıda təkər tullantıları yığılmış yerdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
    Bakıda təkər tullantıları yığılmış yerdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
  • 21:53

    Prezident İlham Əliyev: Sanksiyaların qeyri-qanuni, əsasız şəkildə və selektiv tətbiqi kimi hallarda mövcudluq hüququ yoxdur
    Prezident İlham Əliyev: Sanksiyaların qeyri-qanuni, əsasız şəkildə və selektiv tətbiqi kimi hallarda mövcudluq hüququ yoxdur
  • 21:42

    Sabah Bakının bəzi ərazisində qaz olmayacaq
  • 20:52

    Netanyahu: Hizbullah uzun illərdən bəri olduğundan daha zəifdir
  • 20:37

    ABŞ-da 14 milyondan çox insana su xidməti göstərən şirkətə kiberhücum edilib
  • 20:25

    Prezident İlham Əliyev MDB dövlət və hökumət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib
    Prezident İlham Əliyev MDB dövlət və hökumət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib
  • 20:15

    Bayden rəsmi səfərlərini təxirə salıb
Menyu