http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib - YENİLƏNİB

26 Sentyabr 2023 , 22:55
Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib - YENİLƏNİB

Sentyabrın 26-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidmətinin məlumatında bildirilib.

Telefon söhbəti zamanı, erməni silahlı qüvvələrinə qarşı antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı 24 saatdan az müddətdə yekunlaşan antiterror tədbirləri zamanı yalnız hərbi obyektlərin hədəf alındığını, mülki əhaliyə zərər verilmədiyini diqqətə çatdırıb.

Hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah prosesinin həyata keçirildiyini və onların Azərbaycan ərazisindən çıxarılması işinin həyata keçirildiyini ABŞ tərəfinə bildirib. Son beş gün ərzində yüzlərlə hərbi texnika, silah-sursat və hərbi təchizat mallarının müsadirə edildiyi vurğulanıb.

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi nümayəndələrinin və BMT-nin Rezident Əlaqələndirici Ofisinin nümayəndəsinin toplanmış silah və hərbi texnikaya baxış keçirdiyi qeyd olunub.

Prezident İlham Əliyev Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin edilməsi məqsədilə hazırda müvafiq iş aparıldığını vurğulayıb.

Azərbaycan nümayəndələri ilə erməni sakinlərin nümayəndələri arasında reinteqrasiya istiqamətində dialoq aparıldığı, erməni sakinlərə Azərbaycan tərəfindən humanitar yardımlar göndərildiyi, ərazidə infrastrukturun bərpa edildiyi dövlət başçısı tərəfindən qeyd olunub.

Erməni sakinlərə yardımların göstərilməsi istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığın həyata keçirildiyi, ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə Azərbaycan tərəfinin hazır olduğu diqqətə çatdırılıb.

ABŞ dövlət katibi Antoni Blinken yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, bölgədə sabitliyin təmin edilməsinin, yerli ermənilərlə dialoqun vacib olduğunu bildirib.

*** 21:40

Azərbaycan prezidenti İlham Əliyevlə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. 

"Operativ Media" xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Qeyd edilib ki, Qarabağda hərbi əməliyyatların dayandırılması və bölgəyə müşahidəçi missiyasının gəlməsi məsələsi müzakirə edilib. 

"Dövlət katibi bu gün prezident İlham Əliyevlə yenidən söhbət edib, o, növbəti hərbi əməliyyatların qarşısının alınmasının, mülki əhalinin müdafiəsinin və sərbəst hərəkətinin təmin edilməsinin, Qarabağa humanitar yardımın çatdırılmasının təmin edilməsinin vacib olduğunu vurğulayıb. Ümid edirik ki, bundan sonra heç bir düşmənçilik olmayacaq", - Miller qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Səfir Zaur Əhmədov qazaxıstanlı həmkarı ilə görüşüb

Səfir Zaur Əhmədov qazaxıstanlı həmkarı ilə görüşüb

Prezident İlham Əliyev: Sanksiyaların qeyri-qanuni, əsasız şəkildə və selektiv tətbiqi kimi hallarda mövcudluq hüququ yoxdur

Prezident İlham Əliyev: Sanksiyaların qeyri-qanuni, əsasız şəkildə və selektiv tətbiqi kimi hallarda mövcudluq hüququ yoxdur

Prezident İlham Əliyev MDB dövlət və hökumət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib

Prezident İlham Əliyev MDB dövlət və hökumət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib

XƏBƏR LENTİ
  • Dünən
    23:54

    Səfirlik: İsrailin Dəməşqə hücumu zamanı İran vətəndaşları xəsarət almayıb - YENİLƏNİB
  • Dünən
    23:17

    Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə vəfat edib
  • Dünən
    23:05

    Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB
  • Dünən
    22:59

    Səfir Zaur Əhmədov qazaxıstanlı həmkarı ilə görüşüb
    Səfir Zaur Əhmədov qazaxıstanlı həmkarı ilə görüşüb
  • Dünən
    22:00

    Bakıda təkər tullantıları yığılmış yerdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
    Bakıda təkər tullantıları yığılmış yerdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
  • Dünən
    21:53

    Prezident İlham Əliyev: Sanksiyaların qeyri-qanuni, əsasız şəkildə və selektiv tətbiqi kimi hallarda mövcudluq hüququ yoxdur
    Prezident İlham Əliyev: Sanksiyaların qeyri-qanuni, əsasız şəkildə və selektiv tətbiqi kimi hallarda mövcudluq hüququ yoxdur
  • Dünən
    21:42

    Sabah Bakının bəzi ərazisində qaz olmayacaq
  • Dünən
    20:52

    Netanyahu: Hizbullah uzun illərdən bəri olduğundan daha zəifdir
Menyu