http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Vətən müharibəsinin 3-cü ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində silsilə tədbirlər keçirilir.

27 Sentyabr 2023 , 17:34
Vətən müharibəsinin 3-cü ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində silsilə tədbirlər keçirilir.

Sentyabrın 27-də - Anım Günü münasibəti ilə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti tərəfindən əvvəlcə İkinci Fəxri xiyaban, daha sonra  Hərbi Qənimətlər Parkı ziyarət olunub. 
Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azadlığı uğrunda şəhadətə qovuşan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərilərinə gül dəstələri düzülüb. 
Dövlət Sərhəd Xidməti aparatında keçirilən tədbirdə Dövlət Himni  səsləndirilib, torpaqlarımızın azadlığı uğrundan şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Tədbirdə tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında “DƏMİR YUMRUQ” əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığı, Tarixi Zəfərimizin təmin edildiyi vurğulanıb.
Torpaqlarımızın azad edilməsi uğrunda apardığımız haqq savaşında Silahlı Qüvvələrimizin, o cümlədən Dövlət Sərhəd Xidmətinin heyəti arasında şəhidlik zirvəsinə yüksələn hərbiçilərin fədakarlığının yaddaşlardan heç bir zaman silinməyəcəyi, axıtdıqları qanları ilə müqəddəs torpaqlarımızı Vətənə qovuşduran qəhrəmanlarımızın əziz xatirələrinin hər zaman qürur və ehtiramla yad ediləcəyi, onların gələcək nəsillərə qoyduğu qəhrəmanlıq mirasının daima uca tutulacağı vurğulanıb. 
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tərəfindən Vətən Müharibəsinə həsr edilmiş “Əsrə bərabər il” sənədli filmi izlənilib.

OXŞAR XƏBƏRLƏR
“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

XƏBƏR LENTİ
  • Dünən
    23:54

    Səfirlik: İsrailin Dəməşqə hücumu zamanı İran vətəndaşları xəsarət almayıb - YENİLƏNİB
  • Dünən
    23:17

    Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə vəfat edib
  • Dünən
    23:05

    Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB
  • Dünən
    22:59

    Səfir Zaur Əhmədov qazaxıstanlı həmkarı ilə görüşüb
    Səfir Zaur Əhmədov qazaxıstanlı həmkarı ilə görüşüb
  • Dünən
    22:00

    Bakıda təkər tullantıları yığılmış yerdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
    Bakıda təkər tullantıları yığılmış yerdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
  • Dünən
    21:53

    Prezident İlham Əliyev: Sanksiyaların qeyri-qanuni, əsasız şəkildə və selektiv tətbiqi kimi hallarda mövcudluq hüququ yoxdur
    Prezident İlham Əliyev: Sanksiyaların qeyri-qanuni, əsasız şəkildə və selektiv tətbiqi kimi hallarda mövcudluq hüququ yoxdur
  • Dünən
    21:42

    Sabah Bakının bəzi ərazisində qaz olmayacaq
  • Dünən
    20:52

    Netanyahu: Hizbullah uzun illərdən bəri olduğundan daha zəifdir
Menyu