http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

İlham Əliyev: Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə reinteqrasiya istiqamətində dialoq aparılır

27 Sentyabr 2023 , 18:58
İlham Əliyev: Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə reinteqrasiya istiqamətində dialoq aparılır

Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edərkən deyib.

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarına toxunan Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, onların da hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək.

Ərazidə infrastrukturun bərpası ilə bağlı işlərin aparıldığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın erməni sakinlərə humanitar yardımlar göndərdiyini bildirib, yardımların göstərilməsi ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə də əməkdaşlığın həyata keçirildiyini deyib.

Dövlətimizin başçısı qeyd edib ki, rəsmi Bakı ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə hazırdır.

OXŞAR XƏBƏRLƏR
Şimali Koreyada yeni kadr təyinatları olub

Şimali Koreyada yeni kadr təyinatları olub

Rusiya və Türkmənistan 2025-ci ildə MDB-də həmsədr olacaqlar

Rusiya və Türkmənistan 2025-ci ildə MDB-də həmsədr olacaqlar

Səfir Zaur Əhmədov qazaxıstanlı həmkarı ilə görüşüb

Səfir Zaur Əhmədov qazaxıstanlı həmkarı ilə görüşüb

XƏBƏR LENTİ
  • 06:17

    "Telegram"a 10 yeni funksiya əlavə olunacaq
  • 06:00

    Azərbaycan qılıncoynadanı İsveçdə qızıl medal qazanıb
  • 05:41

    Şimali Koreyada yeni kadr təyinatları olub
  • 05:30

    Rusiya və Türkmənistan 2025-ci ildə MDB-də həmsədr olacaqlar
  • Dünən
    23:54

    Səfirlik: İsrailin Dəməşqə hücumu zamanı İran vətəndaşları xəsarət almayıb - YENİLƏNİB
  • Dünən
    23:17

    Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə vəfat edib
  • Dünən
    23:05

    Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB
  • Dünən
    22:59

    Səfir Zaur Əhmədov qazaxıstanlı həmkarı ilə görüşüb
    Səfir Zaur Əhmədov qazaxıstanlı həmkarı ilə görüşüb
Menyu