http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Füzulidə şəhidlərin xatirəsi ehtiramla yad edilib - FOTO

27 Sentyabr 2023 , 20:09
Füzulidə şəhidlərin xatirəsi ehtiramla yad edilib - FOTO

İşğaldan azad edilmiş Füzuli şəhərində şəhidlərin xatirəsi ehtiramla yad edilib.

"Operativ Media" xəbər verir ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar keçirilən tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, doğma yurdlarına qayıtmış Füzuli sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Şəhidlərin xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub.

Tədbir Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə davam etdirilib. Tədbir iştirakçıları məktəblilərin Qarabağa, 44 günlük Vətən müharibəsinə, şəhidlərə, qəhrəmanlıq nümunələrinə həsr etdikləri rəsmlərə baxıblar.

Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, xor ifa ediblər.

Sonda Anım Günü münasibətilə keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

OXŞAR XƏBƏRLƏR
Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə vəfat edib

Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə vəfat edib

Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB

Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB

Bakıda təkər tullantıları yığılmış yerdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Bakıda təkər tullantıları yığılmış yerdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 05:41

    Şimali Koreyada yeni kadr təyinatları olub
  • 05:30

    Rusiya və Türkmənistan 2025-ci ildə MDB-də həmsədr olacaqlar
  • Dünən
    23:54

    Səfirlik: İsrailin Dəməşqə hücumu zamanı İran vətəndaşları xəsarət almayıb - YENİLƏNİB
  • Dünən
    23:17

    Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə vəfat edib
  • Dünən
    23:05

    Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB
  • Dünən
    22:59

    Səfir Zaur Əhmədov qazaxıstanlı həmkarı ilə görüşüb
    Səfir Zaur Əhmədov qazaxıstanlı həmkarı ilə görüşüb
  • Dünən
    22:00

    Bakıda təkər tullantıları yığılmış yerdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
    Bakıda təkər tullantıları yığılmış yerdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
  • Dünən
    21:53

    Prezident İlham Əliyev: Sanksiyaların qeyri-qanuni, əsasız şəkildə və selektiv tətbiqi kimi hallarda mövcudluq hüququ yoxdur
    Prezident İlham Əliyev: Sanksiyaların qeyri-qanuni, əsasız şəkildə və selektiv tətbiqi kimi hallarda mövcudluq hüququ yoxdur
Menyu