http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Səbinə Əliyeva: "Azərbaycan dünyada dezinformasiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir"

27 Sentyabr 2023 , 21:08
Səbinə Əliyeva: "Azərbaycan dünyada dezinformasiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir"

"Azərbaycan dünyada dezinformasiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir".

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Moldovanın Xalq Müdafiəçisi (Ombudsman) Aparatının 25-ci ildönümünə həsr olunmuş “Müasir cəmiyyətlərdə mövcud olan yeni çağırışlar kontekstində insan hüquqlarının müdafiəsi və təbliği” mövzusunda beynəlxalq konfransda deyib.

Ombudsman Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən uzun illər aparılan nifrət siyasətinin sülhə ciddi təhdid yaratdığını və insan hüquqlarının pozulmasına səbəb olduğunu qeyd edib. Həmçinin Azərbaycana qarşı etnik nifrət zəminində aparılan siyasətinin nəticəsi olaraq Ermənistan hakimiyyətinin sosial mediada davamlı şəkildə xalqlar arasında düşmənçilik hissi aşılayan mənfi təbliğat kampaniyası apardığı diqqətə çatdırılıb.

Vurğulanıb ki, Ombudsman təsisatı tərəfindən Ermənistanın azərbaycanlılara qarşı etnik zəmində nifrəti təbliğ edən siyasətinin qarşısının alınması üçün tədbirlərin görülməsi ilə bağlı dəfələrlə beynəlxalq qurumlara çağırışlar edilib, müvafiq beynəlxalq təşkilatlara, aidiyyəti qurumlara, xarici ölkələrin ombudsmanlarına, milli insan hüquqları təsisatlarına hesabat, müraciət və bəyanatların göndərilib.

OXŞAR XƏBƏRLƏR
Şimali Koreyada yeni kadr təyinatları olub

Şimali Koreyada yeni kadr təyinatları olub

Rusiya və Türkmənistan 2025-ci ildə MDB-də həmsədr olacaqlar

Rusiya və Türkmənistan 2025-ci ildə MDB-də həmsədr olacaqlar

Səfir Zaur Əhmədov qazaxıstanlı həmkarı ilə görüşüb

Səfir Zaur Əhmədov qazaxıstanlı həmkarı ilə görüşüb

XƏBƏR LENTİ
  • 06:17

    "Telegram"a 10 yeni funksiya əlavə olunacaq
  • 06:00

    Azərbaycan qılıncoynadanı İsveçdə qızıl medal qazanıb
  • 05:41

    Şimali Koreyada yeni kadr təyinatları olub
  • 05:30

    Rusiya və Türkmənistan 2025-ci ildə MDB-də həmsədr olacaqlar
  • Dünən
    23:54

    Səfirlik: İsrailin Dəməşqə hücumu zamanı İran vətəndaşları xəsarət almayıb - YENİLƏNİB
  • Dünən
    23:17

    Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə vəfat edib
  • Dünən
    23:05

    Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB
  • Dünən
    22:59

    Səfir Zaur Əhmədov qazaxıstanlı həmkarı ilə görüşüb
    Səfir Zaur Əhmədov qazaxıstanlı həmkarı ilə görüşüb
Menyu