http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Kürdəmirdə narkotik dövriyyəsi ilə məşğul olan şəxs tutulub

28 Sentyabr 2023 , 08:35
Kürdəmirdə narkotik dövriyyəsi ilə məşğul olan şəxs tutulub

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şüşün kənd sakini, əvvəllər məhkum olunmuş Baxış Sadıqov saxlanılıb.
Onun kənd ərazisində işlətdiyi kafeyə keçirilən baxış zamanı 24 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana, yaşadığı ünvanın yaxınlığından keçən Kür çayının sahilinə keçirilən baxış zamanı isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 29 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı B.Sadıqov narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğu etiraf edib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə vəfat edib

Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə vəfat edib

Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB

Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 08:22

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 07:39

    ABŞ-də terror aktı törətmək niyyətində olan Əfqanıstan vətəndaşı saxlanılıb
  • 07:34

    Florian Virts mövsüm sonunda "Bayer"dən ayrılacaq
  • 07:03

    Alimlər həm havanı təmizləyən, həm də elektrik enerjisi istehsal edən süni bitki hazırlayıblar
  • 06:17

    "Telegram"a 10 yeni funksiya əlavə olunacaq
  • 06:00

    Azərbaycan qılıncoynadanı İsveçdə qızıl medal qazanıb
  • 05:41

    Şimali Koreyada yeni kadr təyinatları olub
  • 05:30

    Rusiya və Türkmənistan 2025-ci ildə MDB-də həmsədr olacaqlar
Menyu