http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Mədə kiçiltmə əməliyyatından sonra ölüm riski olması fikri yanlışdır - Cərrah

29 Sentyabr 2023 , 15:30
Mədə kiçiltmə əməliyyatından sonra ölüm riski olması fikri yanlışdır - Cərrah

Son vaxtlar artıq çəkidən, piylənmədən əziyyət çəkən insanların sayı artıb və bundan azad olmaq istəyən şəxslərin bir çoxu mədə kiçiltmə əməliyyatına üz tuturlar. Hərçənd bu əməliyyatdan sonra çox insanın orqanizmində ciddi narahatlıqlar baş verir. Hətta ölüm riski yüksək olan mədəkiçiltmə əməliyyatının bu ehtimalının gerçəkləşdiyi xəstələr də az deyil. 

Bariatrik cərrah Aslan Abdulla “Operativ Media”ya açıqlamasında mədə kiçiltmə əməliyyatından bəhs edib.

Aslan Abdulla - Cərrah (Ümumi), Bariatrik Cərrah

O bildirib ki, mədə kiçiltmə əməliyyatlarının müəyyən əks göstərişləri var və hər artıq kilolu insan üçün bu  əməliyyat tövsiyə olunmur:

“Birinci növbədə onlar psixiatrik xəstələr, ağır somatik xəstələr və bədən kütlə indeksi uyğun olmayan xəstələri əməliyyat etmək olmaz. Beynəlxalq normativlər var ki, 35-40 kq arası və 40-dan çox çəkisi olanlar üçün, şəkərli diabet, təzyiq problemlərindən əziyyət çəkənlər üçün mədəkiçiltmə əməliyyatı uyğun deyil”.

Həkim qeyd edib ki, bu, ölümlə nəticələnə bilən müalicə metodudur:

“Mədə kiçiltmə əməliyyatı aqressiv üsulla müalicə edilir. Ona görə də bunun nəticələri həmişə təhlükəli ola bilər. Professional, təcrübəli ihəkim tərəfindən düzgün protokollara uyğun riayət edərək, göstərişlər çıxararaq əməliyyat edildiyində isə təhlükə ehtimalı yox olur. Maksimum təhlükəsi isə öd kisəsi qədərdir. Bu əməliyyatdan sonra xərçəng yaranması isə sıfıra bərabər ehtimaldır, çünki xərçəngin özündən əmələgəlmə mexanizmləri, səbəbləri var, o cümlədən bu əməliyyatlara onkoloji baxımdan yanaşsaq, heç bir təsdiqlənmiş elmi fikirlər yoxdur”.

Mədə kiçiltmə əməliyyatı həyata keçiriləndən sonra bir çox insanın uzun ömür yaşaya bilməməsi fikrini həkim A.Abdulla yanlış hesab edib:

“Çünki təsdiqlənmiş elmi biliklərə dayanan fikirlər mövcuddur, hətta Avropada, İngiltərədə, Amerikada aparılmış elmi tədqiqatlar var ki, insan ömrünün 10-15 ilə qədər uzandığını təsdiqləyir. Bizdə isə bu əməliyyatların ömrü elə 10-15 il olduğu üçün bu barədə ciddi fikir yürüdə bilmərik. Sadəcə insanlar digər əməliyyatlardakı kimi mədə kiçiltmədən sonra da protokol qaydalarına əməl etməzlərsə, həyatlarını itirə bilərlər. Çünki bu əməliyyatdan sonra orqanizmdə ciddi dəyişiklər baş verir. İnsanın mədəsi kəsilib götürülüb və ona qadağa qoyulub ki, yüngül karbohidratlar qəbul olunmasın, şəkərdən istifadə etməsin. Buna əməl etmədikdə bədəndə olan vitaminlər yuyulub gedir, bu halda vitamin olmayan orqanizm immunitetinin vəziyyəti necə olar, təsəvvür edin. Həmin insanlar üçün su içmənin belə miqdarı var, qidaların tərkibi var. Bütün qaydalara riayət etməyən insan 3-5 ildən sonra arxayın düşürsə, əlbəttə, həmin orqanizm ciddi fəsadlar ilə nəticələnə bilər”.

OXŞAR XƏBƏRLƏR
Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 12:54

    Şənbə gününün hava proqnozu açıqlanıb
  • 12:51

    Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur
  • 12:47

    Türkiyə səfiri Azərbaycanı təbrik edib
  • 12:35

    Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib
  • 12:33

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb
  • 12:31

    Bakı aeroportu payız mövsümündə 80-dən çox istiqamət təklif edir
  • 12:30

    "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulması çərçivəsində protokol imzalanıb
  • 12:19

    “Pink Accessories” valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib
Menyu