http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

XİN: "Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar tamamilə əsassız və absurddur"

30 Sentyabr 2023 , 11:43
XİN: "Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar tamamilə əsassız və absurddur"

"Sentyabrın 29-da Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Ermənistan Azərbaycana qarşı) müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə irəli sürdüyü növbəti iddialar tamamilə əsassız və absurddur".

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın iddialardan əl çəkmədiyini, Beynəlxalq Ədalət Məhkəməsinin qeyd edilən iş üzrə əvvəlki qərarını heçə sayaraq azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılması və təşviqinə yönələn bu yeni iddialar tamamilə qəbuledilməzdir:

"Ermənistan BMT Təhlükəsizlik Şurasında olduğu kimi, Beynəlxalq Ədalət Məhkəməsindən də öz məkrli siyasi gündəliyi üçün sui-istifadə edir. Təkcə bu il ərzində Ermənistan bu məhkəməyə artıq 3-cü dəfədir müraciət edir. Qeyd edək ki, Ermənistanın yanvar ayında verdiyi 3 vəsatətdən 2-si rədd edilib, 1 məhdud formada təmin edilib, may ayında isə verdiyi vəsatətlər hakimlər tərəfindən iyul ayında yekdilliklə rədd edilib. Azərbaycan tərəfi Ermənistanın bu yeni əsassız iddialarına tutarlı cavablarının əks olunduğu mövqeyini aidiyyəti üzrə məhkəməyə təqdim edəcək".

OXŞAR XƏBƏRLƏR
“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

XƏBƏR LENTİ
  • 20:18

    Ukrayna müharibəyə son qoymağı planlaşdırır
  • 19:56

    "Neftçi" kolumbiyalı hücumçu ilə yollarını ayırdı
  • 19:52

    Bayden və Netanyahu arasında telefon danışığı baş tutub - YENİLƏNİB
  • 19:51

    Aİ səfirləri Moldova müxalifətinin üzvlərinə qarşı sanksiya tətbiq edəcək
  • 19:42

    Ukrayna Xorvatiya ilə strateji əməkdaşlıq haqqında saziş imzalayıb
  • 19:24

    “ASAN xidmət” mərkəzində fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı təlim keçirilib
    “ASAN xidmət” mərkəzində fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı təlim keçirilib
  • 19:16

    Şağan qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • 19:01

    Azərbaycan ADB ilə dəmiryolu və metroya göstərilə biləcək dəstək imkanlarını müzakirə edib
Menyu