http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) vəsait ayrılması ilə bağlı Sərəncam imzalayıb

30 Sentyabr 2023 , 13:19
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) vəsait ayrılması ilə bağlı Sərəncam imzalayıb

Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına (UN-Habitat) vəsait ayrılıb.

"Operativ Media"nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Qeyd edilib ki, qlobal urbanizasiyanın artdığı şəraitdə şəhərlərin dayanıqlı, inklüziv və təhlükəsiz inkişafını təmin etmək Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv dövlətlərin əsas hədəfinə çevrilmişdir. Ötən illərdə Azərbaycan bu sahədə BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlıq edərək, qeyd olunan hədəfin reallaşmasına mühüm dəstək göstərmişdir.

Təsadüfi deyildir ki, işğaldan azad edilmiş ərazilərdə müasir şəhər quruculuğu və bərpa işləri BMT-nin “Dayanıqlı inkişaf məqsədləri” təşəbbüsünün prinsipləri əsasında həyata keçirilir.

Gələcək inkişafın və rifahın əsas qüvvəsi olan şəhərlərin davamlı inkişafı naminə ölkələrin fəal əməkdaşlığı qlobal sülhə, təhlükəsizliyə və inkişafa mühüm töhfə ola bilər.

Sərəncamla dünyada dayanıqlı şəhərlərin inkişafı istiqamətində faydalı əməkdaşlığın genişlənməsinə, eləcə də bu çərçivədə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəstək göstərmək məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) 1,0 (bir) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

Azərbaycanın Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

OXŞAR XƏBƏRLƏR
Bayden və Netanyahu arasında telefon danışığı baş tutub - YENİLƏNİB

Bayden və Netanyahu arasında telefon danışığı baş tutub - YENİLƏNİB

Ukrayna Xorvatiya ilə strateji əməkdaşlıq haqqında saziş imzalayıb

Ukrayna Xorvatiya ilə strateji əməkdaşlıq haqqında saziş imzalayıb

Zaxarova: Azərbaycana təzyiq göstərmək faydasızdır

Zaxarova: Azərbaycana təzyiq göstərmək faydasızdır

XƏBƏR LENTİ
  • 20:18

    Ukrayna müharibəyə son qoymağı planlaşdırır
  • 19:56

    "Neftçi" kolumbiyalı hücumçu ilə yollarını ayırdı
  • 19:52

    Bayden və Netanyahu arasında telefon danışığı baş tutub - YENİLƏNİB
  • 19:51

    Aİ səfirləri Moldova müxalifətinin üzvlərinə qarşı sanksiya tətbiq edəcək
  • 19:42

    Ukrayna Xorvatiya ilə strateji əməkdaşlıq haqqında saziş imzalayıb
  • 19:24

    “ASAN xidmət” mərkəzində fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı təlim keçirilib
    “ASAN xidmət” mərkəzində fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı təlim keçirilib
  • 19:16

    Şağan qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • 19:01

    Azərbaycan ADB ilə dəmiryolu və metroya göstərilə biləcək dəstək imkanlarını müzakirə edib
Menyu