http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Baş nazir “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”ni təsdiqləyib

30 Sentyabr 2023 , 17:11
Baş nazir “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”ni təsdiqləyib

Nazirlər Kabineti “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında qərar qəbul edib.

"Operativ Media" xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Energetika Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin (bundan sonra – BOEMİS) fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməli, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin (BOEMİS) təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməli, ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq, BOEMİS-in Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.

İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC, “Azərenerji” ASC və “Azərişıq” ASC Əsasnamədə nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə həmin məlumatların BOEMİS-ə daxil edilməsini (ötürülməsini) mütəmadi təmin etməli, bu barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verməlidir.

Qərarda dəyişiklik ölkə Prezidentinin 24 fevral 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.

OXŞAR XƏBƏRLƏR
Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisi kəsiləcək

Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisi kəsiləcək

COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib

COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

XƏBƏR LENTİ
  • 22:06

    Qalant: İrana hücumumuz ölümcül olacaq
  • 21:46

    Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisi kəsiləcək
  • 21:25

    COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
    COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
  • 21:07

    Qərbi Azərbaycan İcması sədrinin müavini ATƏT-in plenar sessiyasında çıxış edib
  • 20:59

    Zelenski qələbə planından danışıb
  • 20:55

    TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib
  • 20:48

    Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb
    Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb
  • 20:37

    Aİ Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına kreditin ayrılması mexanizmini razılaşdırıblar
Menyu