http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Oktyabrın birinci ongünlüyünün ilk yarısında hava qeyri-sabit olacaq

30 Sentyabr 2023 , 17:50
Oktyabrın birinci ongünlüyünün ilk yarısında hava qeyri-sabit olacaq

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir.

Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin qeyri-sabit, arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 15-17° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 13-18°, gündüzlər 18-23° isti, ayın ilk günlərində 25-27° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı bildirilir (norma 26-40 millimetr).

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 13-16° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 9-14°, gündüzlər 18-23° isti, bəzi günlərdə 25-27° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var (norma 19-32 millimetr).

Xankəndi şəhərində, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 9-12° isti olacaq. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 3-8° isti, ayın ikinci yarısında bəzi günlərdə 0-3° şaxta, gündüzlər 8-13° isti, bəzi günlərdə 15-20° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 47-56 millimetr).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 9-12° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 3-8° isti, bəzi günlərdə 1-5° şaxta, gündüzlər 8-13° isti, bəzi günlərdə 15-20° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılır (norma 53-56 millimetr).

Gəncə şəhərində, Qazax, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 13-15° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 10-15°, gündüzlər 17-22° isti, bəzi günlərdə 25°-dək isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (norma 31-61 millimetr).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 11-14° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 8-13° isti, bəzi günlərdə dağlarda 0-5° şaxta, gündüzlər 13-18° isti, ayın əvvəlində 23-26° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 33-126 millimetr).

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 15-17° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 12-17°, gündüzlər 18-23° isti, ayın əvvəlində 25-29° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (norma 31-46 millimetr).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 12-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 10-15°, gündüzlər 18-23°, ayın əvvəlində 25-28° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı bildirilir (norma 96-274 millimetr).

OXŞAR XƏBƏRLƏR
Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisi kəsiləcək

Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisi kəsiləcək

COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib

COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

XƏBƏR LENTİ
  • 22:06

    Qalant: İrana hücumumuz ölümcül olacaq
  • 21:46

    Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisi kəsiləcək
  • 21:25

    COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
    COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
  • 21:07

    Qərbi Azərbaycan İcması sədrinin müavini ATƏT-in plenar sessiyasında çıxış edib
  • 20:59

    Zelenski qələbə planından danışıb
  • 20:55

    TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib
  • 20:48

    Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb
    Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb
  • 20:37

    Aİ Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına kreditin ayrılması mexanizmini razılaşdırıblar
Menyu