http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirilib - YENİLƏNİB

01 Oktyabr 2023 , 13:24
Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirilib - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 1-də xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan da keçirilib.

Bu barədə "Operativ Media"ya DİM-dən bildirilib.

Qeyd edilib ki, mtahanda iştirak etmək üçün 160 namizəd qeydiyyatdan keçib. 11 namizəd imtahana gəlməyib. 75 namizəd uğur qazanıb.

*** 09:12

Oktyabrın 1-də Dövlət İmtahan Mərkəzi (DİM) xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirir.

DİM-dən "Operativ Media"ya bildirilib ki, Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə DİM-in təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.

İmtahan DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında ("8 Noyabr" metro stansiyasının yanı) kompüter vasitəsilə keçirilir. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb.

İmtahan saat 10:00-da başlanır. Ərizəçi imtahanın başlanmasından azı 1 saat öncə imtahan binasına gəlməlidir. İmtahan binasına daxil olarkən ərizəçi şəxsiyyətini təsdiqləyən sənədi təqdim etməlidir.

Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda ona imtahanın nəticələrinə dair arayış təqdim olunacaq. İmtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər oktyabrın 2-4-də saat 14:00-dan 17:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yaza bilərlər.

OXŞAR XƏBƏRLƏR
Bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir

Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir

Polis zabiti yol qəzasında vəfat edib

Polis zabiti yol qəzasında vəfat edib

XƏBƏR LENTİ
  • Dünən
    23:41

    Bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq
  • Dünən
    23:13

    Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
    Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
  • Dünən
    22:58

    Azərbaycan millisi dünya çempionatının yarımfinalına yüksəldi
  • Dünən
    22:54

    Livandakı vəziyyətlə bağlı Parisdə beynəlxalq konfrans keçiriləcək
  • Dünən
    22:34

    Polis zabiti yol qəzasında vəfat edib
  • Dünən
    22:06

    Qalant: İrana hücumumuz ölümcül olacaq
  • Dünən
    21:46

    Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisi kəsiləcək
  • Dünən
    21:25

    COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
    COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
Menyu