http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Ankarada törədilən bombalı hücumla bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

01 Oktyabr 2023 , 12:58
Ankarada törədilən bombalı hücumla bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

Ankara Respublika Baş prokurorluğu Təhlükəsizlik Baş İdarəsinə qarşı törədilən terror aktı ilə bağlı istintaq başladıb, mətbuata yayım qadağası qoyulub.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş prokurorluq məlumat yayıb. 

Respublika Baş Prokurorluğundan verilən yazılı açıqlamada qeyd edilib: "1 oktyabr 2023-cü il tarixində terrorçular tərəfindən Təhlükəsizlik Baş İdarəsinin giriş qapısına edilən hücumla əlaqədar Ankara Respublika Baş Prokurorluğumuz tərəfindən istintaq başladıldı. Hücumla bağlı Ankara Sülh Cəza Məhkəməsi Növbətçi Sülh Məhkəməsi tərəfindən  mətbuata yayım qadağası qərarı verildi". 

*** 11:16

Türkiyə daxili işlər naziri Ali Yerlikaya yüngül ticari avtomobillə gələn iki nəfərin Ankarada bombalı hücuma cəhd etdiyini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə nazir Yerlikaya sosial şəbəkədə açıqlama verib. 

Nazir Yerlikayanın açıqlaması qeyd edib:

"Saat 09:30 radələrində Daxili İşlər Nazirliyimizin Mühafizə Baş İdarəsinin giriş qapısının qarşısına yüngül ticari avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib.

Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib.

Yanğın zamanı 2 polisimiz yüngül xəsarət alıb. Qəhrəmanlarımızın tezliklə sağalmasını arzu edirəm.

Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz amansızcasına davam edəcək".

*** 11:16

Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında eşidilən partlayış baş verib. Partlayışdan sonra polis qüvvələri bölgədə geniş təhlükəsizlik tədbirləri görüb.

"Operativ Media" xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Çankaya darvazasına yaxın bir nöqtədə törədilən partlayış səbəbiylə Atatürk Bulvarı nəqliyyatın hərəkətinə bağlanıb.

Hadisə yerinə xüsusi əməliyyat polisi də gəlib. Yanğınsöndürmə briqadaları və tibb qrupları da hadisə yerindədir.

OXŞAR XƏBƏRLƏR
Livandakı vəziyyətlə bağlı Parisdə beynəlxalq konfrans keçiriləcək

Livandakı vəziyyətlə bağlı Parisdə beynəlxalq konfrans keçiriləcək

Qalant: İrana hücumumuz ölümcül olacaq

Qalant: İrana hücumumuz ölümcül olacaq

Qərbi Azərbaycan İcması sədrinin müavini ATƏT-in plenar sessiyasında çıxış edib

Qərbi Azərbaycan İcması sədrinin müavini ATƏT-in plenar sessiyasında çıxış edib

XƏBƏR LENTİ
  • Dünən
    23:41

    Bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq
  • Dünən
    23:13

    Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
    Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
  • Dünən
    22:58

    Azərbaycan millisi dünya çempionatının yarımfinalına yüksəldi
  • Dünən
    22:54

    Livandakı vəziyyətlə bağlı Parisdə beynəlxalq konfrans keçiriləcək
  • Dünən
    22:34

    Polis zabiti yol qəzasında vəfat edib
  • Dünən
    22:06

    Qalant: İrana hücumumuz ölümcül olacaq
  • Dünən
    21:46

    Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisi kəsiləcək
  • Dünən
    21:25

    COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
    COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
Menyu