http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycan 30 il humanitar yardım məsələsində ikili standartlarla üzləşib

01 Oktyabr 2023 , 18:31
Azərbaycan 30 il humanitar yardım məsələsində ikili standartlarla üzləşib

"30 il torpaqları işğal altında qalan Azərbaycan humanitar yardım məsələsində də ikili standartlarla üzləşdi. Xarici Donor təşkilatları öz doğma yurdundan didərgin düşən 1 milyondan artıq məcburi köçkünün düşdüyü ağır vəziyyətə göz yumdu".

Bunu "Operativ Media" ya açıqlamasında  politiloq Fikrət Sadıxov bildirib.

Ekspertin sözlərinə görə, vəziyyət bu gün də dəyişməz olaraq qalır. Ölkəmizdə öz evinə, torpağına qayıda bilməyən 100 minlərlə insan yada düşmür. Onlara humanitar yardım göstərilmir.

"İllərdir Azərbaycan məcburi köçkünlərin ehtiyaclarını özü qarşılayır. 1993-2019-cu illərdə qaçqın və məcburi köçkünlərin sosial təminatı və digər məsələlərə 10 milyard manat həcmində vəsait xərclənib.

Biz özümüz onlara yardım edirdik. Biz onlara çadırlar və sonradan evlər tikdik. Şəhərciklər inşa olundu. O şəhərciklərdə onlar uzun illər ərzində yaşadı. Və bunların hamısı öz büdcəmizdən ayrılan maliyyə əsasında tikilmişdi. Yəni onların ermənilərə belə bir qayğısının düşünürəm ki, müəyyən siyasi fəaliyyət var.  Yəni azərbaycanlılar ayrı, ermənilər ayrı. Guya ermənilər oradan etnik təmizləmə nəticəsində qaçıblar. 2020-2023-cü illərdə belə vahid aylıq müavinət daxil olmaqla hər il üçün 380 milyon manat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 600 milyon manat ödənilib. Buraya hətta təhsil xərclərini də əlavə etmək olar. Fikrət Sadıqox bildirib ki, Qərb təsisatlarının Qarabağdan öz istəyi ilə çıxan ermənilərə yardım üçün özünü səfərbər etməsi ayrı-seçkiliyin bariz nümunəsidir.

Dünya gördü ki, Azərbaycan onların Xankəndindən çıxmasına bütün şəraiti yaratdı. Onlar normal şəkildə könülü öz maşınları ilə Laçın yolu vasitəsilə Azərbaycan torpaqlarını tərk etdilər. Hətta biz özümüz də onlara bir sıra nəqliyyat vasitələri də göndərdik. Yəni bunları görməmək o deməkdir ki açıq şəkildə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilir. Bu da ikili yanaşmalardan başqa bir şey deyil".

Politoloq əlavə edib ki, bütün bunlar beynəlxalq donor təşkilatlarının da bəzi Qərb siyasi dairələrinin sifarişi ilə fəaliyyət göstərdiyinə dair şübhələri artırır.

OXŞAR XƏBƏRLƏR
Livandakı vəziyyətlə bağlı Parisdə beynəlxalq konfrans keçiriləcək

Livandakı vəziyyətlə bağlı Parisdə beynəlxalq konfrans keçiriləcək

Qərbi Azərbaycan İcması sədrinin müavini ATƏT-in plenar sessiyasında çıxış edib

Qərbi Azərbaycan İcması sədrinin müavini ATƏT-in plenar sessiyasında çıxış edib

TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib

TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib

XƏBƏR LENTİ
  • Dünən
    23:41

    Bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq
  • Dünən
    23:13

    Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
    Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
  • Dünən
    22:58

    Azərbaycan millisi dünya çempionatının yarımfinalına yüksəldi
  • Dünən
    22:54

    Livandakı vəziyyətlə bağlı Parisdə beynəlxalq konfrans keçiriləcək
  • Dünən
    22:34

    Polis zabiti yol qəzasında vəfat edib
  • Dünən
    22:06

    Qalant: İrana hücumumuz ölümcül olacaq
  • Dünən
    21:46

    Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisi kəsiləcək
  • Dünən
    21:25

    COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
    COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
Menyu