http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycan hökuməti ermənilərin Qarabağda qalması üçün hər cür humanitar addımlar atıb

01 Oktyabr 2023 , 19:05
Azərbaycan hökuməti ermənilərin Qarabağda qalması üçün hər cür humanitar addımlar atıb

"Ermənilər nə qədər təbliğat aparsalar da heç bir əsası yoxdur. Hətta bu günlərdə BMT-nin bildiyiniz kimi Ermənistan nümayəndə rəhbəri belə Azərbaycanı tərk edən erməni sakinlərinin bunları öz xoşları və könüllü etdikləri barədə bir açıqlaması vardı. Bundan öncə də Erməni baş nazirinin insanların Azərbaycanın keçirdiyi əməliyyatlardan hər hansı bir ciddi zərər görməməsi ilə bağlı da bir bəyanatı da mövcud idi".

Bu sözləri "Operativ Media"ya millət vəkili Tahir Mirkişili bildirib.

"Mən hesab edirəm ki, keçən həftə Azərbaycan indiyə qədər bəlkə də dünya tarixində ən humanist antiterror tədbirləri həyata keçirmişdir. Bu çox qısa müddətli bir rekord idi. Həm də bütövlükdə insanlara və xüsusən də sivil insanlara bu antirror tədbirlərinin toxunmaması baxımından kifayət qədər humanitar və çox səliqəli bir əməliyyat idi və təbiiki də qələbə ilə nəticələndi. Azərbaycan tarixində yeni bir səhifə açıldı. Amma uzun illər ərzində rejiminin idarəsində olan erməni sakinlər və təbiiki də həm də onların təzyiqi və eyni zamanda onların yaratdığı yanlış informasiya abu havası mühitində panik olaraq Azərbaycanı tərk etdilər. Bütün bunların əsas səbəbi yenə qeyd etmək istərdim uzun illər ərzində bu rejimin onlara yaratdığı basqı sistemi, eyni zamanda düşünürəm ki, bir çox Ermənistanda olan bəzi qüvvələrin də bunda maraqlı olması ilə bağlı məsələlər idi. Azərbaycan erməni sakinlərinin Azərbaycanda qalıb yaşamaları üçün bütün humanitar addımlar atdı. Həm əvvəlcədən elan olunmuşdu ki Azərbaycan vətəndaşlığını qəbul edən istənilən erməni sakini Azərbaycanda hüquq və təhlükəsizliyi ən yüksək səviyyədə qorunacaq, Azərbaycan humanitar hər hansı bir problemin həlli üçün ora bizim həkimlərimizi ezam etmişdi, fövqəlade hallar nazirinin əməkdaşları burda idi. Bütövlükdə düşünürəm ki, bu əməliyyatların humanitar xarakterləri əməliyyat zamanı da bildiyiniz kimi sakinlərə vərəqələr paylanmışdı. Bu həm yuxarıdan, havadan, eyni zamanda internet vasitəsilə sms-in göndərilməsi idi. Bütün məlumatlı formada mən düşünürəm ki, erməni sakinlərinə Azərbaycan hökuməti dövləti tərəfindən burda qalıb yaşadıqları zaman onların qorunacağı, onlara heç kimin hər hansı bir formada təhlükəsizliyinə problem yaratmayacağı barədə informasiya çatdırılmışdı. Amma bütövlükdə Azərbaycanı tərk edən erməni sakinlərinə Azərbaycan mətbuatının aldığı çox saylı müsahibələr var. Fürsətdən istifadə edib Azərbaycan mətbuatına da öz minnətdarlığımı bildirmək istərdim. Çünki alınan bütün müsahibələr gələcəkdə Azərbaycana qarşı istifadə edilən hər hansı bir addımın qarşısını almaq baxımından çox ciddi bir sübutlardır. Məhz Azərbaycan mətbuatı və erməni sakinlərinin verdiyi müsahibələr heç kimin onları buna məcbur etmədiyini, onların bunu könüllü şəkildə etdiklərini, bir çoxu isə panikaya düşdüklərini, bir çoxu isə bütövlükdə hamının tərk etdiyi üçün özlərinin tərk etdiyini bildirdilər. Amma eyni zamanda qeyd edim ki, Ermənistan tərəfində də bildiyiniz kimi Rusiya və digər mətbuat orqanlarının erməni sakinlərindən aldığı çox saylı müsahibələr var. Onlar da müsahibələrində Azərbaycanda heç kimin onları buna məcbur etmədiyini açıq şəkildə bəyan ediblər. Biz hər zaman deyirdik ki, Ermənistan ordusu Qarabağda yerləşir. Ermənistan bunu boynuna almırdı amma əməliyyatlardan sonra tərk edən bütövlükdə ordunun pasportlarına baxsanız xidməti olan əsgərlərin böyük əksəriyyəti Ermənistan vətəndaşlarıdır. Ermənistanın yaydığı saxta məlumatlar var ki, bizim orda ordumuz yoxdur, bizim orda heç bir əlaqəmiz yoxdur və s. Amma bugün tərk edən vətəndaşların böyük əksəriyyətinə baxsanız görərsiniz ki, onlar Ermənistan vətəndaşlarıdır, Ermənistanda doğulublar"-deyə o qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Livandakı vəziyyətlə bağlı Parisdə beynəlxalq konfrans keçiriləcək

Livandakı vəziyyətlə bağlı Parisdə beynəlxalq konfrans keçiriləcək

Qərbi Azərbaycan İcması sədrinin müavini ATƏT-in plenar sessiyasında çıxış edib

Qərbi Azərbaycan İcması sədrinin müavini ATƏT-in plenar sessiyasında çıxış edib

TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib

TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib

XƏBƏR LENTİ
  • Dünən
    23:41

    Bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq
  • Dünən
    23:13

    Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
    Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
  • Dünən
    22:58

    Azərbaycan millisi dünya çempionatının yarımfinalına yüksəldi
  • Dünən
    22:54

    Livandakı vəziyyətlə bağlı Parisdə beynəlxalq konfrans keçiriləcək
  • Dünən
    22:34

    Polis zabiti yol qəzasında vəfat edib
  • Dünən
    22:06

    Qalant: İrana hücumumuz ölümcül olacaq
  • Dünən
    21:46

    Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisi kəsiləcək
  • Dünən
    21:25

    COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
    COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
Menyu