http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

02 Oktyabr 2023 , 09:00
Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

Bu gün Bakıda Azərbaycanın Kosmik Agentliyinin ("Azərkomos") və Beynəlxalq Astronavtika Federasiyasının tətəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi başlayır.

"Operativ Media" xəbər verir ki, tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri, ümumilikdə 101 ölkədən 5 mindən çox nümayəndə qatılacaq.

Beynəlxalq Astronavtika Konqresində150 şirkət sərgi pavilyonunda təmsil olunur.

Sərgidə iştirak edən agentlik və şirkətlər arasında ABŞ-ın “Milli Aeronavtika və Kosmos Administrasiyası” (NASA), Yaponiyanın “JAXA” kosmik agentliyi, İtaliyanın “Agenzia Speziale Italiana” kosmik agentliyi, “AIRBUS” şirkəti, Kanadanın innovasiya mərkəzi “INO”, Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi “CNES”, Hindistanın kosmik agentliyi “ISRO”, Türkiyənin “Türkiye Uzay Ajansı” kosmik agentliyi və digər beynəlxalq şirkətlər yer alıb.

Bakı Konqresi çərçivəsində konfranslar, texniki sessiya və sərgilər təşkil olunacaq. Texniki sessiyalar Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qeyd edək ki, növbəti Beynəlxalq Astronavtika Konqresi İtaliyanın Milan şəhərində baş tutacaq.

2026-cı ildə Konqresin keçiriləcəyi şəhər isə Bakı Konqresi çərçivəsində seçiləcək və elan olunacaq.

Qeyd edək ki, Bakıda Beynəlxalq Astronavtika Konqresi oktyabrın 6-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR
“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

XƏBƏR LENTİ
  • Dünən
    23:41

    Bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq
  • Dünən
    23:13

    Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
    Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
  • Dünən
    22:58

    Azərbaycan millisi dünya çempionatının yarımfinalına yüksəldi
  • Dünən
    22:54

    Livandakı vəziyyətlə bağlı Parisdə beynəlxalq konfrans keçiriləcək
  • Dünən
    22:34

    Polis zabiti yol qəzasında vəfat edib
  • Dünən
    22:06

    Qalant: İrana hücumumuz ölümcül olacaq
  • Dünən
    21:46

    Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisi kəsiləcək
  • Dünən
    21:25

    COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
    COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
Menyu