http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

AQTA qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edib

02 Oktyabr 2023 , 11:53
AQTA qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edib

Azərbaycan Qida Təhlükəsizliyi Agnetliyi (AQTA) qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edib.

"Operativ Media" quruma istinadən xəbər verir ki, bugünədək qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan "Bolt Services AZ" MMC, "Ozio" MMC, "İndi Market" MMC, "Bazarstore" MMC, "Too Far Logistics" MMC, "iBox" MMC və "Competo" MMC qida təhlükəsizliyi qeydiyyatından keçib.

Eyni zamanda həyata keçirilən monitorinqlər zamanı bir sıra ictimai iaşə müəssisələrinin və ticarət obyektlərinin qeydiyyatdan keçməyən daşınma şirkətləri ilə əməkdaşlığı davam etdirdiyi məlum olub.

AQTA xəbərdarlıq edir ki, qeydiyyatdan keçmədən qida məhsullarının daşınması fəaliyyəti ilə məşğul olmaq qanunvericiliyə ziddir, eyni zamanda bu kimi şirkətlərlə əməkdaşlıq edən ictimai iaşə müəssisələri və ticarət obyektləri ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Onu da qeyd edək ki, qeydiyyatdan keçmiş müəssisələrə Agentlik tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı metodiki dəstək göstərilir, habelə müvafiq tələblərin mərhələli şəkildə icrasına və fəaliyyətin qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılmasına hərtərəfli köməklik olunur.

Bu istiqamətdə qeydiyyatdan keçmiş daşınma şirkətləri ilə əməkdaşlıq hazırda davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir

Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir

Polis zabiti yol qəzasında vəfat edib

Polis zabiti yol qəzasında vəfat edib

XƏBƏR LENTİ
  • Dünən
    23:41

    Bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq
  • Dünən
    23:13

    Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
    Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
  • Dünən
    22:58

    Azərbaycan millisi dünya çempionatının yarımfinalına yüksəldi
  • Dünən
    22:54

    Livandakı vəziyyətlə bağlı Parisdə beynəlxalq konfrans keçiriləcək
  • Dünən
    22:34

    Polis zabiti yol qəzasında vəfat edib
  • Dünən
    22:06

    Qalant: İrana hücumumuz ölümcül olacaq
  • Dünən
    21:46

    Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisi kəsiləcək
  • Dünən
    21:25

    COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
    COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
Menyu