http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Ceyhun Bayramov Latviyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

02 Oktyabr 2023 , 19:05
Ceyhun Bayramov Latviyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Oktyabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Latviyanın Azərbaycandakı yeni təyin edilmiş səfiri Edqars Skuyanı qəbul edib.

Bu barədə "Operativ Media"ya Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfir Edqars Skuya ilk növbədə etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

C.Bayramov səfir Edqars Skuyanı təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Latviya arasında əməkdaşlıq məsələləri, habelə cari regional vəziyyət müzakirə olunub.

Nazir Azərbaycan və Latviya arasında mövcud münasibətlərin 2017-ci ildə “Strateji Tərəfdaşlığın Yaradılması haqqında birgə Bəyannamə”nin imzalanması və icrası nəticəsində inkişafından məmnunluqla bəhs edərək, bu xüsusda, iki ölkə arasında siyasi dialoq, qarşılıqlı səfərlər və təmasların əlaqələrin daha da genişləndirilməsinə təkan verdiyini qeyd edib.

Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunacağı növbəti il ərzində də iki ölkə arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, humanitar və s. sahələr üzrə əməkdaşlığın inkişafı üçün fəaliyyətin gücləndirilməsinin vacibliyi vurğulanıb.

C.Bayramov ərazilərimizin 30 ilə yaxın müddətdə işğalı, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi,habelə ölkəmizin sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

30 illik işğal dövründən qalma qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan tərəfindən aparılan anti-terror tədbirləri nəticəsində bölgədən çıxarıldığı, hazırda isə onların tərksilah prosesinin yekunlaşdığı diqqətə çatdırılıb.

Qanunsuz erməni silahlı qüvvələrinin varlığına son qoyulmasının öz növbəsində həm Azərbaycan və Ermənistan arasında sülh prosesi, həm də Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə reinteqrasiya prosesinin irəlilədilməsi üçün imkanlar yaratdığı, bu xüsusda, Azərbaycanın hər iki istiqamət üzrə səyləri gücləndirməkdə qərarlı olduğu diqqətə çatdırılıb.

Səfir Edqars Skuya səmimi qəbula görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan və Latviya arasında münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Rusiya XIN rəhbəri Laosa səfər edib

Rusiya XIN rəhbəri Laosa səfər edib

Livandakı vəziyyətlə bağlı Parisdə beynəlxalq konfrans keçiriləcək

Livandakı vəziyyətlə bağlı Parisdə beynəlxalq konfrans keçiriləcək

Qərbi Azərbaycan İcması sədrinin müavini ATƏT-in plenar sessiyasında çıxış edib

Qərbi Azərbaycan İcması sədrinin müavini ATƏT-in plenar sessiyasında çıxış edib

XƏBƏR LENTİ
  • 08:18

    İsmayıllıda meşə massivində qanunsuz ağac kəsən 8 nəfər müəyyən olunub
  • 07:57

    ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopter Yaponiyada təcili eniş edib
  • 07:52

    Əl-Cəzirə: İsrailin Qəzzada Xan Yunisi vurması nəticəsində 4 nəfər həlak olub
  • 07:48

    Qırğızıstan Ali Məhkəməsinin sədri istefa verib
  • 07:20

    Rusiya XIN rəhbəri Laosa səfər edib
  • Dünən
    23:41

    Bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq
  • Dünən
    23:13

    Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
    Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
  • Dünən
    22:58

    Azərbaycan millisi dünya çempionatının yarımfinalına yüksəldi
Menyu