http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

XİN: Qeyri-qanuni erməni silahlı qüvvələrinin tərksilah prosesi yekunlaşır

02 Oktyabr 2023 , 19:08
XİN: Qeyri-qanuni erməni silahlı qüvvələrinin tərksilah prosesi yekunlaşır

Qeyri-qanuni erməni silahlı qüvvələrinin tərksilah prosesi yekunlaşır.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Latviya Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin edilmiş səfiri Edqars Skuyanı qəbul edərkən deyib.

Nazir ərazilərimizin 30 ilə yaxın müddətdə işğalı, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi,habelə ölkəmizin sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

30 illik işğal dövründən qalma qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan tərəfindən aparılan antiterror tədbirləri nəticəsində bölgədən çıxarıldığı, hazırda isə onların tərksilah prosesinin yekunlaşdığı diqqətə çatdırılıb.

Qanunsuz erməni silahlı qüvvələrinin varlığına son qoyulmasının öz növbəsində həm Azərbaycan və Ermənistan arasında sülh prosesi, həm də Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə reinteqrasiya prosesinin irəlilədilməsi üçün imkanlar yaratdığı, bu xüsusda, Azərbaycanın hər iki istiqamət üzrə səyləri gücləndirməkdə qərarlı olduğu diqqətə çatdırılıb.

OXŞAR XƏBƏRLƏR
Rusiya XIN rəhbəri Laosa səfər edib

Rusiya XIN rəhbəri Laosa səfər edib

Livandakı vəziyyətlə bağlı Parisdə beynəlxalq konfrans keçiriləcək

Livandakı vəziyyətlə bağlı Parisdə beynəlxalq konfrans keçiriləcək

Qərbi Azərbaycan İcması sədrinin müavini ATƏT-in plenar sessiyasında çıxış edib

Qərbi Azərbaycan İcması sədrinin müavini ATƏT-in plenar sessiyasında çıxış edib

XƏBƏR LENTİ
  • 08:24

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:18

    İsmayıllıda meşə massivində qanunsuz ağac kəsən 8 nəfər müəyyən olunub
  • 07:57

    ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopter Yaponiyada təcili eniş edib
  • 07:52

    Əl-Cəzirə: İsrailin Qəzzada Xan Yunisi vurması nəticəsində 4 nəfər həlak olub
  • 07:48

    Qırğızıstan Ali Məhkəməsinin sədri istefa verib
  • 07:20

    Rusiya XIN rəhbəri Laosa səfər edib
  • Dünən
    23:41

    Bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq
  • Dünən
    23:13

    Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
    Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
Menyu