http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin miqrasiya və sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

02 Oktyabr 2023 , 20:22
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin miqrasiya və sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin olunması və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyəti davam etdirirlər.

Hər iki qurumun mətbuat xidmətlərindən "Operativ Media"ya daxil olan birgə məlumatda bildirilib ki, reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyata alınmaq üçün Xankəndi şəhərində yerləşən qəbul şöbəsinə 5, bölgədə keçirilmiş səyyar qəbul zamanı isə 2 sakin könüllü şəkildə Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Həmin 7 sakinin ilkin qeydiyyata dair müraciətləri qəbul edilib və onlara müraciətlərinin icrası barədə əlavə məlumat veriləcəyi bildirilib. Müraciət edənlərin hər biri Qarabağ iqtisadi rayonunda yaşamaq və Azərbaycan Respublikası vətəndaşlığını əldə edərək Azərbaycan dövlətinin himayəsindən istifadə etmək istədiklərini bildiriblər. Bundan başqa, səyyar qəbul zamanı digər sakinlərlə hüquqi maarifləndirmə işi aparılıb, onlara reinteqrasiya prosesi barədə məlumat verilib.

Həmçinin humanitar vəziyyətlə əlaqədar cari ehtiyacların müəyyən edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sakinlərlə ilkin sosial-psixoloji, sosial xidmətlərə, reabilitasiya xidmətlərinə dair qiymətləndirmə aparılıb, onların ehtiyacları müəyyənləşdirilib. Qiymətləndirmə zamanı sosial-psixoloji maarifləndirmə işi aparılıb, əlillik və reabilitasiya xidmətlərinə dair məsləhətlər verilib.

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev: COP29 çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olacağımıza inanırıq

Muxtar Babayev: COP29 çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olacağımıza inanırıq

Tokayev Türkmənistana səfər edib

Tokayev Türkmənistana səfər edib

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı başlayıb

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı başlayıb

XƏBƏR LENTİ
  • 10:16

    Muxtar Babayev: COP29 çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olacağımıza inanırıq
  • 10:12

    Ötən gün 12 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
  • 10:09

    Heydər Əliyev Beynəxalaq Aeroportunda təlim keçirilib
  • 10:03

    Tokayev Türkmənistana səfər edib
  • 09:56

    Bakıdan işğaldan azad edilmiş ərazilərə yeni marşrut xətti açılacaq
  • 09:52

    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
  • 09:43

    FHN: 44 yanğına çıxış olub, 3 nəfər xilas edilib
  • 09:35

    AFFA rəsmisi UEFA-dan təyinat aldı
Menyu