http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

BMT: Azərbaycan hökuməti Xankəndidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşır

02 Oktyabr 2023 , 20:27
BMT: Azərbaycan hökuməti Xankəndidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşır

Azərbaycan hökuməti Xankəndidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşır.

"Operativ Media" xəbər verir ki, bu barədə BMT-nin Azərbaycanın Qarabağ regionuna səfəri ilə yaydığı bəyanatda deyilir.

Missiya burada yerli əhali və digər şəxslərlə söhbət edib, eləcə də səhiyyə və təhsil müəssisələrindəki vəziyyətlə yerindəcə tanış olublar.

Missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib.

Missiya həmçinin Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib. BMT təmsilçiləri fəaliyyət göstərən heç bir mağaza görməyib.

Missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olmayıb.

BMT-nin Azərbaycandakı nümayəndəliyi regiona müntəzəm səfərlərini davam etdirməyi planlaşdırır.//Report//

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev: Azərbaycan COP29-un ev sahibi seçildiyi vaxtdan bəri çoxsaylı görüşlər təşkil edib

Muxtar Babayev: Azərbaycan COP29-un ev sahibi seçildiyi vaxtdan bəri çoxsaylı görüşlər təşkil edib

Muxtar Babayev: COP29 çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olacağımıza inanırıq

Muxtar Babayev: COP29 çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olacağımıza inanırıq

Tokayev Türkmənistana səfər edib

Tokayev Türkmənistana səfər edib

XƏBƏR LENTİ
  • 10:27

    Rəşad Nəbiyev: Universitetlərin 70 faizində süni intellekt tədris olunacaq
  • 10:24

    Muxtar Babayev: Azərbaycan COP29-un ev sahibi seçildiyi vaxtdan bəri çoxsaylı görüşlər təşkil edib
  • 10:23

    "Yuventus" Poqba ilə müqaviləni pozacaq
  • 10:16

    Muxtar Babayev: COP29 çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olacağımıza inanırıq
  • 10:12

    Ötən gün 12 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
  • 10:09

    Heydər Əliyev Beynəxalaq Aeroportunda təlim keçirilib
  • 10:03

    Tokayev Türkmənistana səfər edib
  • 09:56

    Bakıdan işğaldan azad edilmiş ərazilərə yeni marşrut xətti açılacaq
Menyu