http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

KİV: Pakistan 1 milyondan çox əfqan immiqrantı deportasiya edəcək

02 Oktyabr 2023 , 23:05
KİV: Pakistan 1 milyondan çox əfqan immiqrantı deportasiya edəcək

Pakistan hökuməti respublikada qeyri-qanuni yaşayan 1,1 milyona yaxın Əfqanıstan vətəndaşını deportasiya etmək barədə qərar qəbul edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Geo News" telekanalı məlumat yayıb.

Məlumata görə, vizası olmayan əfqanlar, o cümlədən müvafiq sənədin müddətinin uzadılmasından imtina edilən şəxslər deportasiya ediləcək. Telekanalın qeyd etdiyi kimi, İslam Respublikası ərazisində qeyri-qanuni yaşayan miqrantların “qovulması” planı artıq təsdiqlənib və bütün maraqlı tərəflər və Əfqanıstan hökuməti ilə razılaşdırılır.

Ötən həftə Geo TV Pakistanda qeyri-qanuni yaşayan əcnəbilərə ölkəni könüllü olaraq tərk etmələri üçün bir ay vaxt veriləcəyini bildirmişdi. Bu müddətdən sonra yerli hüquq-mühafizə orqanlarının bütün ölkə ərazisində miqrantların müəyyən edilməsi və deportasiyası üçün genişmiqyaslı əməliyyatlara başlayacağı gözlənilir.

Telekanalın məlumatına görə, hazırda Pakistanda 1,1 milyona yaxın Əfqanıstan vətəndaşı qeyri-qanuni yaşayır. 

OXŞAR XƏBƏRLƏR
Tokayev Türkmənistana səfər edib

Tokayev Türkmənistana səfər edib

Sadır Japarov sabah Türkmənistana səfər edəcək

Sadır Japarov sabah Türkmənistana səfər edəcək

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopter Yaponiyada təcili eniş edib

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopter Yaponiyada təcili eniş edib

XƏBƏR LENTİ
  • 10:16

    Muxtar Babayev: COP29 çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olacağımıza inanırıq
  • 10:12

    Ötən gün 12 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
  • 10:09

    Heydər Əliyev Beynəxalaq Aeroportunda təlim keçirilib
  • 10:03

    Tokayev Türkmənistana səfər edib
  • 09:56

    Bakıdan işğaldan azad edilmiş ərazilərə yeni marşrut xətti açılacaq
  • 09:52

    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
  • 09:43

    FHN: 44 yanğına çıxış olub, 3 nəfər xilas edilib
  • 09:35

    AFFA rəsmisi UEFA-dan təyinat aldı
Menyu