http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Rio Ferdinand: "Salaha qarşı müdafiə olunmaq Harri Keyndən daha çətin olardı"

03 Oktyabr 2023 , 09:01
Rio Ferdinand: "Salaha qarşı müdafiə olunmaq Harri Keyndən  daha çətin olardı"

Futboldan sonra karyerasını şərhçi kimi davam etdirən Rio Ferdinand yaxşı başlanğıc edən "Liverpul"un ulduzunu tərifləyib.

"Operativ Media" xəbər verir ki, “Mançester Yunayted”in və İngiltərə futbolunun əfsanəvi müdafiəçisi Rio Ferdinand Məhəmməd Salah və Harri Keyni müqayisə edərkən, Salahdan çox Keynə qarşı oynamağa üstünlük verəcəyini bildirib. "TalkSPORT" danışan Ferdinand "Mançester Yunayted"in yay transfer pəncərəsində Harri Keyni ala bilməməsindən təəssüfləndiyini bildirib.

Keynin "Old Trafford"a gəlməməsindən məyus olduğunu ifadə edən Ferdinand, Salaha qarşı oynamağın ona daha çox çətinlik yaradacağını bildirib.

"Düzünü desəm, hər ikisinin komandamda olmasını istərdim. Təsəvvür edin ki, onların hər biri təkbaşına 30 qol vurur. Yəqin ki, Salah qarşılaşmaq istəmədiyim futbolçulardandır".

Premyer Liqada mövsümə əla başlayan Salah "Liverpul"la 7 matçda 3 qol vurub, 4 məhsuldar ötürmə edib. Digər tərəfdən, uzun müddət davam edən “Tottenhem” macərasına son qoyub “Bavariya”ya keçən Keyn Tomas Tuçelin komandasında oynadığı 6 Bundesliqa matçında 8 dəfə rəqib qapısını silkələyib.

OXŞAR XƏBƏRLƏR
"Yuventus" Poqba ilə müqaviləni pozacaq

"Yuventus" Poqba ilə müqaviləni pozacaq

AFFA rəsmisi UEFA-dan təyinat aldı

AFFA rəsmisi UEFA-dan təyinat aldı

"Qalatasaray"ın hücumçusu vətəninə qayıda bilər

"Qalatasaray"ın hücumçusu vətəninə qayıda bilər

XƏBƏR LENTİ
  • 10:27

    Azərbaycanda Universitetlərin 70 faizində süni intellekt tədris olunacaq
  • 10:24

    Muxtar Babayev: Azərbaycan COP29-un ev sahibi seçildiyi vaxtdan bəri çoxsaylı görüşlər təşkil edib
  • 10:23

    "Yuventus" Poqba ilə müqaviləni pozacaq
  • 10:16

    Muxtar Babayev: COP29 çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olacağımıza inanırıq
  • 10:12

    Ötən gün 12 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
  • 10:09

    Heydər Əliyev Beynəxalaq Aeroportunda təlim keçirilib
  • 10:03

    Tokayev Türkmənistana səfər edib
  • 09:56

    Bakıdan işğaldan azad edilmiş ərazilərə yeni marşrut xətti açılacaq
Menyu