http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında telefon danışığı olub

18 Noyabr 2022 , 13:03
Azərbaycan və Gürcüstan Baş nazirləri arasında telefon danışığı olub

Noyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən "Operativ Media"ya verilən xəbərə görə, telefon danışığı əsnasında hökumət başçıları Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə bir-birilərini təbrik ediblər.

Çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olundu.

İki ölkə arasındakı yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlərin Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafındakı rolu təqdir edildi, bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin oktyabr ayında Gürcüstana baş tutmuş səfərinin əhəmiyyəti xüsusi vurğulandı.

Telefon danışığı zamanı, həmçinin Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və bir çox digər istiqamətlərdə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi.

Baş nazir İrakli Qaribaşvili cari ilin dekabr ayında Tbilisi şəhərində iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı Baş nazir Əli Əsədovu bir daha Gürcüstana səfərə dəvət etdi. Səfərin Azərbaycan-Gürcüstan əməkdaşlığının gündəliyində duran məsələlərin nəzərdən keçirilməsi baxımından faydalı olacağına əminlik ifadə olundu.

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu