http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Azərbaycan XİN başçısı Liviyanın yeni təyin olunmuş səfiri ilə görüşüb

18 Noyabr 2022 , 17:50
Azərbaycan XİN başçısı Liviyanın yeni təyin olunmuş səfiri ilə görüşüb

Noyabrın 18-də xarici işlər naziri Ceyhun Bayramov Liviya Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Ali Salem Naser ilə görüşüb.

XİN-dən "Operativ Media"ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov səfir Ali Salem Naserin etimadnaməsinin surətini qəbul edərək səfiri təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycanla Liviya arasında tarixi, dini və mədəni bağlardan söz açaraq, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayıb. Bu xüsusda, istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Nazir Ceyhun Bayramov, həmçinin Ermənistanın ölkəmizə qarşı təcavüzü və 30 ilə yaxın davam edən işğalın acı nəticələri, 44 günlük Vətən müharibəsi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, qaçqın və məcburi köçkünlərin bölgəyə geri qayıdışı prosesi haqqında qarşı tərəfi məlumatlandırıb.

Səfir qəbula görə nazir Ceyhun Bayramova təşəkkür edərək ona Liviya Dövləti xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin salamlarını çatdırıb. Azərbaycanda fəaliyyət göstərəcəyi üçün məmnunluq duyduğunu ifadə edən səfir Ali Salem Naser, fəaliyyəti dövründə Azərbaycan Liviya arasında dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə, həçminin iki ölkə arasında gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılaraq bu istiqamətdə böyük potensialın olduğu diqqətə çatdırılıb.

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu