http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

“Çin istehsalı ucuz şinlə idarə edilən avtomobildə heç vaxt komfort ola bilməz”

09 Oktyabr 2023 , 11:58
“Çin istehsalı ucuz şinlə idarə edilən avtomobildə heç vaxt komfort ola bilməz”

Mövsümün dəyişməsi ilə sürücülərin qayğıları da başlayıb. Bəzi sürücülər indidən avtomobillərini qışa hazırlayırlar. Xüsusilə təkər seçimi avtomobilin təhlükəsizliyi üçün ən əsas elementlərdəndir. Bəs təkər seçərkən nələrə diqqət etmək lazımdır?

“Operativ Media”ya açıqlama verən avtomobil ustası Dəniz Ağabəyli deyir ki, yaxşı təkər seçimi əsasən qiymətdən keçir. Təkəri mövsümə görə seçmək isə avtomobilin rahatlığı və təhlükəsizliyi üçün çox önəmlidir. Lakin təəssüf ki, mövsümə uyğun təkər seçimi ənənəsi artıq sıradan çıxır.

“Birinci növbədə şinlərin hansı fəsilə uyğun olmasına diqqət yetirmək lazımdır. Yay mövsümü üçün axtarırıq, yoxsa qış mövsümü üçün? Diqqət yetirsək görərik ki, avtomobilin zavod istehsalından gələn şinlər ən keyfiyyətlilər sayılır. “Continetal”, Goodyear” “Michelin” və.s. hər biri bahalı və keyfiyyətli şinlərdir. Amma əksər sürücünün istifadə etdiyi bazardan alınan Çin şinləridir”.

Ustanın sözlərinə görə Çin istehsalı olan şinlərin qiyməti münasib olsa da fəsadları da az deyil.

“Birinci növbədə balansı düz olmur. Bundan əlavə çala-çuxurlu yollarda təkərlərdə olan simlərdə qırılmalar olur və şişmələr yaranır. Yağışlı havada tormozlanma məsafəsində real olaraq fərq var. Çin istehsalı şinlərin materialı ucuz olduğundan onların yol tutumu da zəifdir. Son zamanlar sürücülər bir halla da tez-tez rastlaşırlar. Yağışlı havada avtomobilin təkəri zolağın boyasının üzərinə düşəndə sürüşmə belə baş verir. Ona görə də Çin istehsalı şinləri alanda bunları nəzərə almaq lazımdır”.

Dəniz Ağabəyli bildirir ki, Koreya istehsalı olan avtomobillərin şinləri Almaniya istehsalı olan avtomobillərə nisbətdə ucuzdur. Lakin sürücülər bu avtomobillərin təkərini dəyişəndə yenə də Çin istehsalı alırlar.

“Hyundai avtomobilləri üzərində Koreya istehsallı olan şinlər gəlir, lakin sürücülər yenisini aldıqda Çin istehsalından istifadə edirlər. İstər idarəetmədə, istər rahatlıqda heç vaxt orijinalı əvəz etmir. Bir məsələni unutmaq olmaz ki, Çin istehsalı ucuz şinlə idarə edilən avtomobildə heç vaxt komfort ola bilməz. Əgər sürücü bircə dəfə keyfiyyətli brendin şinindən istifadə etsə, artıq real fərqi görəcək”.

OXŞAR XƏBƏRLƏR
Baş prokuror Gəncə şəhərində vətəndaşları qəbul edib

Baş prokuror Gəncə şəhərində vətəndaşları qəbul edib

Bakıda avtobus zolaqlarına giriş məhdudiyyəti niyə saata görə dəyişir?

Bakıda avtobus zolaqlarına giriş məhdudiyyəti niyə saata görə dəyişir?

Sabah Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək

Sabah Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək

XƏBƏR LENTİ
  • 20:31

    Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”də bürünc medal qazandı
  • 20:03

    Azərbaycanda qış otlaqlarının su təminatı 100 %-ə çatdırılacaq
  • 20:00

    UEFA Millətlər Liqası: Azərbaycan Estoniya millisinə qarşı - YENİLƏNİR
    UEFA Millətlər Liqası: Azərbaycan Estoniya millisinə qarşı - YENİLƏNİR
  • 19:51

    Rusiya qüvvələri Kursk vilayətində 15 yaşayış məntəqəsini azad edib
  • 19:45

    Zelenski Şoltsla görüşüb
  • 19:34

    İsrail Livandan raket atəşinə tutulub
  • 19:26

    İlham Əliyev tunisli həmkarını prezident seçilməsi münasibətilə təbrik edib
    İlham Əliyev tunisli həmkarını prezident seçilməsi münasibətilə təbrik edib
  • 19:20

    HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO
    HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO
Menyu