http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Cərimələrə baxmayaraq, sürücülər avtobus zolaqlarına daxil olurlar - AÇIQLAMA

09 Oktyabr 2023 , 15:27
870
Cərimələrə baxmayaraq, sürücülər avtobus zolaqlarına daxil olurlar - AÇIQLAMA

Bakı-Sumqayıt istiqaməti üzrə sərnişinlərin mənzil başına tez çatması üçün avtobus zolağı çəkilib. Eskpertlər bu qərarı tıxacın həllinin ilkin mərhələsi olaraq ictimai nəqliyyatın üstünlüyü kimi qiymətləndirsələr də, hələlik gözlənilən nəticə yoxdur. Səhər saatlarında avtobuslar bu zolaqdan demək olar ki, istifadə edə bilmir. Nişanın tələblərinə əməl etməyən sürücülər, avtobus zolaqlarına daxil olaraq onların hərəkətində ləngimə yaradırlar.

“Operativ Media”ya açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis mayoru Araz Əsgərli sürücülərə müraciət edib.

“Məlumat üçün bildirim ki, bütün avtobus zolaqlarına təyinatı üzrə daxil olmayan nəqliyyat vasitələri inzibati xətalar məcəlləsinin 327-ci maddəsinin birinci bəndinə uyğun olaraq qayda pozuntusu etmiş olur. Bu qayda pozuntusunun 40 manat cəriməsi nəzərdə tutulub. Həmin pozuntular xüsusi texniki vasitələrlə aşkarlanmaqla elektron protokol tətbiq olunur. Sürücülərdən qeyd olunan qayda pozuntusunu etməməyi və ictimai nəqliyyatdan istifadə edən vətəndaşların mənzil başına rahat çatmalıarını təmin etməyi xahiş edirik”.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev isə bildirir ki, yalnız zolağın çəkilməsi ilə bu problem həll edilməyəcək. Sərt nəzarət tədbirlərinə ehtiyac var.

“Bakı-Sumqayıt yolunda avtobus zolağı ayrıldı xəbəri müsbət xəbərdir, amma iş tək bununla bitmir, digər zəruri tədbirlərin görülməsinə ehtiyac var. İlk növbədə sərt nəzarət və cərimə sanksiyaları etmək lazımdır. İmkan daxilində fiziki ayırmalar quraşdırmalıdır. Sürücülər avtobusun zolağına nəinki cəriməyə görə daxil olmasınlar, fiziki cəhətdən də daxil olmağı mümkün olmasın və yalnız avtobus hərəkət etsin”.

Ekspertin fikrincə, avtobus zolağı ilə yanaşı digər amillər də nəzərə alınmalı idi ki, bu yolda onlar nəzərə alınmayıb.

“Digər vacib məsələ əlaqələndirmə olmalıdır. "Avtovağzal" metrosundan sonra da zolağın davamlılığı önəmlidir. Xırdalandan-Avtovağzal və “20 yanvar” metrosu istiqamətində də zolaq davam etməlidir. Bununla yanaşı piyadalar üçün infrastruktur da qurulmalıdır. Biləcəri və "Avtovağzal" metrostansiyalarına gedən səkilərdə də piyada infrastrukturu olmalıdır. Dəmiryolu ilə metro əlaəqələdirilməlidir. Bu olmadığı halda yalnız zolağı ayırmaqla məslənin həllinə inanmaq sadəlövhlük olar. Avtobusla hərəkət etmək üçün şəhərin digər yerlərindən digər nəqliyyat vasitəsi ilə gəlirlər. Burada keçidlər önəmlidir və bütün hamısı kompleks şəklində icra olunmalıdır”.

OXŞAR XƏBƏRLƏR
Baş prokuror Gəncə şəhərində vətəndaşları qəbul edib

Baş prokuror Gəncə şəhərində vətəndaşları qəbul edib

Bakıda avtobus zolaqlarına giriş məhdudiyyəti niyə saata görə dəyişir?

Bakıda avtobus zolaqlarına giriş məhdudiyyəti niyə saata görə dəyişir?

Sabah Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək

Sabah Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək

XƏBƏR LENTİ
  • 22:18

    Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb
  • 22:07

    Ukrayna Silahlı Qüvvələrinin Şebekin məntəqəsini atəşə tutması zamanı 9 nəfər yaralanıb
  • 22:00

    UEFA Millətlər Liqası: Azərbaycan Estoniyaya məğlub oldu
    UEFA Millətlər Liqası: Azərbaycan Estoniyaya məğlub oldu
  • 21:56

    Xocavəndin hərbi komissarı həbs edilib
    Xocavəndin hərbi komissarı həbs edilib
  • 21:48

    Bayden Floridaya səfər edəcək
  • 21:24

    Ermənistanda zəlzələ baş verib
  • 21:13

    Rusiya Yaponiyaya xəbərdarlıq edib
  • 20:59

    Yeraltı və yerüstü suların istismar ehtiyatının müəyyən ediləcəyi tarix açıqlanıb
Menyu