http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycan təmsilçisi gümüş medal qazandı

09 Oktyabr 2023 , 15:36
Azərbaycan təmsilçisi gümüş medal qazandı

Azərbaycan avarçəkəni Diana Dımçenko İtaliyanın Barletta şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatının gümüş medalını qazanıb.

"Operativ Media" xəbər verir ki, o, yalnız irlandiyalı Monika Dukarskadan geri qalaraq, ikinci yeri tutub. Dımçenko təsnifat mərhələsində finişə birinci çatıb. İdmançı 4000 metr məsafəni 20:11.72 dəqiqəyə qət edib. Final yürüşündə idmançılar 6000 metr məsafəyə yarışıblar. Diana bu məsafəni 32:20.94 dəqiqəyə başa vurub. O, fransalı Cessika Berranı (32.33.92) 13 saniyə fərqlə geridə qoyaraq, dünya çempionatını ikinci pillədə tamamlayıb. Çempion Monika Dukarska isə 32:09.17 nəticə göstərib.

Qeyd edək ki, Diana Dımçenko 2022-ci ildə Uelsdə təşkil olunan sahil avarçəkməsi üzrə dünya çempionatında da ikinci yeri tutub.

OXŞAR XƏBƏRLƏR
UEFA Millətlər Liqası: Azərbaycan Estoniyaya məğlub oldu

UEFA Millətlər Liqası: Azərbaycan Estoniyaya məğlub oldu

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”də bürünc medal qazandı

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”də bürünc medal qazandı

Estoniya - Azərbaycan: Heyətlər açıqlandı

Estoniya - Azərbaycan: Heyətlər açıqlandı

XƏBƏR LENTİ
  • 22:07

    Ukrayna Silahlı Qüvvələrinin Şebekin məntəqəsini atəşə tutması zamanı 9 nəfər yaralanıb
  • 22:00

    UEFA Millətlər Liqası: Azərbaycan Estoniyaya məğlub oldu
    UEFA Millətlər Liqası: Azərbaycan Estoniyaya məğlub oldu
  • 21:56

    Xocavəndin hərbi komissarı həbs edilib
    Xocavəndin hərbi komissarı həbs edilib
  • 21:48

    Bayden Floridaya səfər edəcək
  • 21:24

    Ermənistanda zəlzələ baş verib
  • 21:13

    Rusiya Yaponiyaya xəbərdarlıq edib
  • 20:59

    Yeraltı və yerüstü suların istismar ehtiyatının müəyyən ediləcəyi tarix açıqlanıb
  • 20:31

    Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”də bürünc medal qazandı
Menyu