http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

“Ölkəmizdə ASP-li uşaqların təhsil prosesində ciddi problemlər var”  

12 Oktyabr 2023 , 13:15
“Ölkəmizdə ASP-li uşaqların təhsil prosesində ciddi problemlər var”  

Azərbaycanda hər il 1000-dən çox uşaq Autizm Spektr Pozğunluğu (ASP) ilə dünyaya gəlir. Dünya ortalamasına görə, hər 36 uşaqdan biri ASP-lidir. Bunların 3/4 hissəsini oğlanlar, 1/4 hissəsini  qızlar təşkil edir.

Buna baxmayaraq, ölkəmizdə autizmli uşaqlar üçün məktəb proqramı yoxdur, özəl məktəblərdə belə bu məsələyə lazımi diqqət yetirilmir. Bir çox müəllimin isə ASP haqqında, həmin uşaqlarla necə işləməli olduğu barədə məlumatı ya yoxdur, ya da cüzidir. 

Ölkəmizin dövlət təhsil müəssisələrində həmin uşaqlara aid siniflərin və bu barədə mütəxəssis müəllimlərin fəaliyyətinin olmaması nə üçün gözardı edilir?

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri “Operativ Media”ya açıqlama verib.

Elmin Nuri: “BDU kimi nəhəng universitet hətta öz tələbələrini belə  magistraturaya cəlb etmək imkanına malik deyil” Pravda.az

O bildirib ki, biz hələ autizmli uşaqların dəqiq sayını müəyyən edən bir statistika ortaya qoya bilməmişik, nəinki autizmli uşaqlarla bağlı tətbiq edilən tədris proqramları:

“Bu gün ölkəmizdə autizmli uşaqların təhsillə bağlı problemləri ciddi səviyyədədir. Biz dünyanın bir çox ölkələrinin məktəblərdə autizmli uşaqlarla bağlı tətbiq edilən tədris proqramlarından, demək olar ki, istifadə etmirik, istifadə edilən isə cüzi saydadır. Ölkəmizdə hələ autist  uşaqların dəqiq sayını müəyyən edən bir statistika yoxdur, bu istiqamətdə fəaliyyət göstərən bir neçə QHT var ki, onlar Azərbaycandakı autist uşaqların sayının 8 minə qədər olduğunu desələr də, bu, rəsmi statistika deyil. Autizmli uşaqlarla bağlı məsələ dünya təcrübəsində onların dərəcələrə bölünməsi ilə hesablanır. Məsələn, 40  və ondan aşağı dərəcələr yüngül hesab olunur. Bu zaman həmin uşaqlara müəyyən təlimlər keçdikdən, adaptasiya prosesini apardıqdan sonra onlar normal siniflərdə digər şagirdlərlə birlikdə oxuya bilirlər. 60 dərəcə ilə hesablanan autist uşaqlar isə nisbətən fərqlənir. Onlarda bu daha xaotik səviyyədə olur, amma tədris prosesindən uzaqlaşdırılmır, əsasən müəyyən məşğulluq sahəsinə yönəldilir, məsələn, kompüter öyrədilir və bütün diqqət buna yönəldilir”. 

Ekspert qeyd edib ki, dünya təcrübəsinə görə, autizmli uşaqlardan ibarət bir alt sinif təşkil olunur və dərslər burada keçirilir:

“Bu qrupa aid olanlar isə 80 dərəcəlik autizmli xəstələrdir və onlarda vəziyyət kritikdir. Həmin problemdən əziyyət çəkən uşaqlar ciddi nəzarət və müalicə tələb edən xüsusi qruplarda cəmlənirlər və bu təsnifat öz yerində aparılır. Lakin ölkəmizdə məsələnin hələ bu dərəcəyə alınma söhbəti belə yoxdur. Bəlkə də 40 dərəcədən 60 dərəcəyədək autizm sindromlu uşaqların hamısı gəlib bir sinifdə oxuyur ki, bu,  yolverilməzdir”.

Elmin Nuri dövlətimizin autizm sindromundan əziyyət çəkən uşaqlarla bağlı xüsusi nəzarət mexanizmini genişləndirməsini və bunu gücləndirilmiş şəkildə işə salmasını arzuladığını əlavə edib:

“İnklüziv təhsillə bağlı fakültələrin, ixtisaslarda yerlərin ildən-ilə artması sevindiricidir. Həm kollecdə, həm də universitetdə inklüziv təhsillər var. Amma bizdə inklüziv təhsil dedikdə, daha çox  fiziki əngəlli uşaqlar üçün olan məktəblər nəzərdə tutulur. Ona görə də autizm sindromu yaşayan uşaqlar xüsusi proqram əsasında təhsil almalıdırlar”.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XƏBƏR LENTİ
  • 10:37

    Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
  • 10:29

    Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”
  • 10:15

    Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA
  • 10:14

    Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 10:12

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
  • 10:02

    Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir
  • 09:57

    Bakı və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb
  • 09:51

    "Bayer" Florian Virtsin transferindən 150 milyon avro gözləyir
Menyu