http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

İlham Əliyev Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin sədrini qəbul edib

21 Noyabr 2022 , 14:55
İlham Əliyev Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin sədri Aktam Xaitovu qəbul edib.

"Operativ Media" xəbər verir ki, Aktam Xaitov Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə Prezident İlham Əliyevi öz adından və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin adından təbrik edib, Özbəkistanın dövlət başçısının xoş arzularını Prezident İlham Əliyevə çatdırıb.

Aktam Xaitov Prezident Şavkat Mirziyoyevin Azərbaycan ilə qarşılıqlı əlaqələri yüksək qiymətləndirdiyini vurğulayıb.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib, onun da xoş arzularını Özbəkistan Prezidentinə çatdırmağı xahiş edib.

Bu il ərzində Özbəkistana üç dəfə səfər etdiyini deyən Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevlə görüşlərini məmnunluqla xatırlayıb.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Özbəkistanın Liberal Demokratik Partiyası arasında əməkdaşlığın səmərəliliyinin və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur

Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur

Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 06:33

    Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
    Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
  • 05:52

    Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur
    Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
Menyu